Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanlılarsayağı iftarlar - 120 manatlıq süfrələrdə dindən başqa hər şey danışılır...- MÜSAHİBƏ

Image


Tural İrfan: “İftar süfrəsi biznes layihələrinin müzakirəsi üçün iclasa çevrilməməlidir”

Ramazan günlərinin içində yaşayırıq. Paylaşmaq, bir-birinə əl tutmaq, dayaq durmaq, olanını yarıya bölmək kimi gözəl adətlərlə süslənib bu əziz ay. Amma çox təəssüf ki, bir çox hallarda cəmiyyətdə Ramazanın, iftar süfrəsinin ehsan mahiyyətini, bərəkətini anlamayanlar da tapılır ki, onlar restoranlarda çox baha qiymətə iftar menyuları təqdim edirlər. Bu gün iftar məclisləri işbazların gəlir yerinə çevrilib.

“İbadəti də pula satmaq ən böyük günahdır, dinə pis yenilik gətirmək, yəni bidətdir”

Müsahibimiz Milli Cəbhə Partiyasının (MHP) sədr müavini, tanınmış ilahiyyatçı, Tural İrfanla Ramazan günlərində iftar süfrələrinin təşkili ilə bağlı yaşanan mövcud neqativlərdən danışdıq.

- İftar süfrələrinin gəlir, alver predmetinə çevrilməsi narahatlıq doğurur. Restoranların bir qismi əsas gəlirlərini iftar süfrələrindən götürür. Qiymətlər də ki, əl yandırır. Məsələn, bir nəfər üçün iftar süfrəsi 120 manata başa gəlir. İftar da bir ibadətdir. İbadətin pulla satılması nə deməkdir?

- İslam dinində sədəqə, ehsan, qurban əti, iftar yeməyi tam təmənnasız olaraq təqdim olunmalıdır. İftar əslində ibadətin bir hissəsidir. İbadəti də pula satmaq ən böyük günahdır, dinə pis yenilik gətirmək, yəni bidətdir. Bəziləri Ramazandan ticarət məqsədi ilə sui-istifadə edirlər, fürsətçilliyə yol verirlər. Kafe, restoranlar bahalı menyular əvəzinə iftar açanlar üçün imkanları daxilində təmənnasız olaraq yüngül və sadə yeməklər təqdim edə bilərlər. Bu onlar üçün savab olar həm də Ramazanın səxavət prinsiplərinə zidd olmaz. Yoxsa bahalı menyular təşkil edib onun da adını iftar qoymaq dini, imanı, orucu satmaqdır. Ramazan səxavət ayıdır, ticarət deyil. Elə yerlərdə yemək yeyənlərin də orucu şübhəlidir. Çünki dində israfçılıq, təmtəraq günahdır. Belə yerlərdə iftar satan da oruc açan da günah qazanır.

- Belə bahalı iftar süfrələri doğrudan da onu təqdim edənlər barədə şübhəyə yol açır. Yəni bilmirsən bizneslə məşğul olurlar, yoxsa Allaha xidmət edirlər?

- O cür müəssisələrdə belə bahalı menyuları təqdim edənlər ya İslam dinindən xəbərsiz adamlardır, ya da qəsdən dindən alver məqsədi ilə istifadə edənlərdir. Dini dəyərləri, ibadəti qazanc məqsədi ilə istifadə etmək milli dəyərlərimizə də uyğun deyil. Xalqımız Ramazanda həmişə imkanı qədər başqalarına təmənnasız əl tutub, süfrə açıb, iftar verib. İndi bu adəti dələduzlar, işbazlar, dəllallar, dinini satan fırıldaqçılar xarab edir. Heç bir müsəlman ölkəsində iftar satılmır. Bu məsələdə din xadimləri gərək düzgün maarifləndirilməsində aparaydı. Bu həm də adətlərimizin korlanmasıdır.

- İftar məclisləri indi həm də işgüzar söhbətlərin, biznes tərəfdaşların görüşlərinin məkanına çevirilib. İnsanlar burada sövdələşiblər, biznes anlaşması edirlər. İftar, Allaha ibadət hara, işbazlıq hara, biznes hara? İftarın mahiyyətini ciddi şəkildə təhrif edirlər. Yəni iftar süfrələrinin qiyməti həm çox bahadır, həm də bu məclisdə Allaha, dinə aid olmayan söhbətlərin aparılması, şəxsi qazanclarını müzakirə olunması, biznes layihələrinin müzakirəsi baş alıb gedir. Bunlar nə qədər doğrudur? Bu kimi məsələlər Allah dərgahında qəbul ediləndir?

- İftar süfrəsi əvvəla sadə olmalıdır. Çünki iftar süfrəsi ibadətin tərkibidir. Başqalarını da düşünmək vacibdir. Kənarda iftar açmağa çörək tapmayan adamların olduğu cəmiyyətdə müsəlmanın bahalı və dəbdəbəli iftar süfrəsi açması sosial ədalətə, ilahi nizama, Ramazanın fəlsəfəsinə ziddir. Ramazan təvazökarlıq, sadəlik, nəfsə qalib gəlmək, dünyadan və dünyanın nemətlərindən çəkinmək, ilahi ruhaniyyətə üz tutmaq ayıdır. Belə bir ayda gücü yalnız qarın doldurmağa vermək insana, möminə xas xüsusiyyət deyil. Bu məclisləri alver, ticarət müzakirəsinə, bəzən də qeybət toplanışına, digər dünyəvi söhbətlərin mənbəyinə çevirmək olmaz. İftar süfrəsi yalnız oruc açmaq və dua etmək üçündür. Xalqımıza, dövlətimizə, bütün insanlığa sülh, bərəkət arzu etmək, özü üçün, yaxınları üçün dua etmək yaxşıdır. Dindən, əxlaqdan, yaxşı əməllərdən, ibadətlərdən danışılmalıdır. Amma indi çoxları adını iftar süfrəsi qoyub sanki toplaşıb dinə aidiyyəti olmayan söhbətlər edirlər. İftar süfrəsi biznes layihələrinin müzakirəsi üçün iclasa çevrilməməlidir.

- Bəzi işbazlar da var, insanlar arasında restoranları reklam edir ki, filan restorana gedin, orada daha uyğun qiymətə iftar yeməyi yeyə bilərsiz. İftar yeməyinə də qiymət qoyarlar? Xüsusən də şou əhli restoranları reklam etmək üçün əllərindən gələni edirlər. Hətta TV-lərdə belə onların reklamına rast gəlinir. Bu nə dərəcədə qəbulediləndir?

- İftar satılmaz. Restoranlar insanların iftar açması üçün halal süfrələr təqdim edə bilər. Amma həmin menyunu iftar adı ilə təqdim etməməlidir. İftar açmaq istəyən o süfrədən istifadə edib iftarını açar, oruc tutmayan da şam yeməyi kimi istifadə edər. Yoxsa təmtəraqlı süfrələr, bahalı yemək menyularının adını iftar süfrəsi qoyub onu da həddən artıq baha qiymətə sırımaq əsla məqbul sayıla bilməz. Belə yerləri reklam etmək də bir ayrı günahdır. Bəzi şou adamlarının da belə işlərə alət edilməsi günahı daha da artırır. Demək dini və orucu, iftarı əməlli başlı ticarətə çeviriblər. Bilməyənlər də bilsin ki, belə işlər çox ağır günahdır. Belə mübarək ayda savab əvəzinə günah qazanmaq nə qədər ağırdır.

- Aidiyyəti dini qurumlar, rəsmi din xadimləri bu kimi hallara niyə səssiz qalırlar? Axı burada söhbət təkcə qarınların doymasından getmir, bu böyük mənəvi məsələdir həm də. Ümumiyyətlə, iftarı biznesə çevirənlərə niyə “dayan, dur” deyilmir?

- İslam dininin, mənəvi, əxlaqi dəyərlərin bu cür təhrif olunduğu hallarda ölkədə fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi müvafiq tövsiyələr, yeri gəlsə fətvalar verməlidir ki, əhali düzgün istiqamət götürsün. Eyni zamanda din xadimləri belə məsələdə təbliğat aparmalı, yanlış edənləri, dini ticarətə çevirənləri düz yola çağırmalıdırlar. Bu gün təəssüf ki, belə mövzularla bağlı ya rəsmilər, ya media, ya da müstəqil ilahiyyatçılar maarifləndirmə aparır. Elə dəbdəbəli yas mərasimlərinə münasibətdə də din xadimləri sümrəsinin passivliyi diqqətdən yayınmadı. Belə çıxır ki, onların da çoxu oxşar bizneslə, din donu geydirilmiş ticarətlə məşğuldurlar. Qurban bayramı gəlir, adi əti qurban əti adı ilə satırlar, din xadimləri dinmir. Ramazan gəlir, iftarı satırlar, din xadimləri dinmir. Ehsan adı ilə israfçı yas məclisləri qurulur, din xadimləri dinmir. Çox qəribədir. Təbii ki, hamısına şamil etmək olmaz. Savadlı, maarifçilik aparanlar da var. Amma əksəriyyəti xalqa, cəmiyyətə lazım olmayan, dindən uzaq, mənəvi dəyərlərə uyğun olmayan təbliğatla məşğuldurlar. Din xadimləri müəyyən mənada cəmiyyəti ortaya çıxan bəzi məsələlərdə maarifləndirməlidir. Mübahisə yaratmadan ibrətli kəlamlarla həqiqəti anlatmalı, dinin mənəvi yönlərini çatdırmalıdırlar. Ümumiyyətlə istənilən mövzuda dinin ticarət obyektinə, sənət və peşəyə çevrilməsi dini təhrif edib əsl məramından uzaqlaşdırmaqdır. Din mənəvi dəyər olaraq saf və sağlam qalmalı, cəmiyyətin mənəvi yöndən qidalanmasına xidmət etməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ