Dünyanın diqqəti İsrail/ABŞ-İran müharibəsinə yönəldiyi bir vaxtda, ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken ABŞ prezidenti Tramp və İsrail haqqında şok bir etirafla gündəmə gəlib.
“Bloomberg Podcasts”da qonaq kimi çıxış edən keçmiş ABŞ dövlət katibi, ABŞ-da və dünyada çox müzakirə mövzusu olacaq açıqlamalar verib. Blinken, İsrail hökumətinin Barak Obama administrasiyası dövründə ABŞ-a İranı bombalamaq üçün təzyiq göstərməyə çalışdığını iddia edib. O, həmçinin ABŞ prezidenti Tramp haqqında da şok bir iddia irəli sürüb.
Blinken, İsrailin Obama administrasiyasına "Səninlə və ya sənsiz İranı bombalayacağıq" mesajı göndərdiyini bildirib. Lakin o, Obamanın bu təzyiqə boyun əymədiyini və İrana birbaşa hərbi hücumu təsdiqləmədiyini bildirib.
Blinken, Obamanın İsrailin hərbi təzyiq strategiyasına qarşı çıxdığı halda, Trampın dövründə fərqli bir mənzərənin ortaya çıxdığını iddia edib.
Blinken iddia edir ki, Tramp eyni taktika qarşısında geri addım atıb: “Obamaya "İranı səninlə və ya sən olmadan bombalayacağıq” deyildi. Obama isə buna müqavimət göstərdi. Lakin Tramp eyni taktika qarşısında təslim oldu, çünki onların əlində Epşteynin dosyaları var".
Tahir TAĞIYEV