ABŞ, İran və İsrail arasındakı müharibənin 11-ci günündə ABŞ kəşfiyyat zabiti və keçmiş BMT silah müfəttişi Skott Ritter İranın raketlərlə İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evini hədəf aldığını və onu ağır yaraladığını iddia edib.
Rusiyada mərkəzli “Sanchez Effect” proqramında danışan Skott Ritter İran əməliyyatının təkcə hərbi hədəflərə deyil, həm də İsrail hökumətinin "simvolik məhvinə" yönəldiyini bildirib.
Ritter, İsrail mediasında və sosial mediada Ben-Qvirin yol qəzasına düşdüyü barədə xəbərlərin həqiqətə uyğun olmadığını iddia edib. Keçmiş müfəttiş bu xəbərlərin İsrail hökuməti tərəfindən İran hücumunun təsirini gizlətmək və ictimai panikadan yayınmaq üçün təşkil edilən "ört-basdır əməliyyatı" olduğunu irəli sürüb.
İran ABŞ bazalarına Fəttah-2 hipersəs raketi ilə hücum edir. Ritter deyir ki, raketlər elektron müharibə taktikalarından istifadə edərək İsrail və ABŞ müdafiə sistemlərini "kor və kar" edir və bununla da İsrail rəsmilərini qorunan ərazilərdə hədəfə alır.
Ancaq iddiaların əksinə olaraq, Ben-Qvirin iqamətgahına edilən heç bir hücum İsrail hökuməti və ya müdafiə qüvvələri tərəfindən təsdiqlənməyib. Nazirin evinin yandığını göstərən görüntülər əslində illər əvvəl ABŞ-ın Nyu-Cersi ştatında lentə alınan yanğının videosu olduğu müəyyən edilib. Bundan əlavə, Ben-Qvirin 9 mart 2026-cı ildə nazir vəzifələrini normal şəkildə yerinə yetirdiyi və rəsmi təyinatlar etdiyi bildirilir.
Dünən isə İsrail naziri Qərbi Qüdsdə və işğal olunmuş Şərqi Qüdsdə 300 mindən çox israilli üçün fərdi silah lisenziyaları üçün müraciətləri asanlaşdıran bir qərarı təsdiqləyib.
Bundan başqa, 2024-cü ilin aprel ayında Ben-Qvir qırmızı işıqda keçdikdən sonra Ramla yaxınlığında ciddi yol qəzasına düşmüş və qabırğasının sınması səbəbindən bir müddət xəstəxanaya yerləşdirilmişdi. Bu gün sosial mediada paylaşılan "yaralı nazirin" bəzi şəkilləri və "qəza" ilə bağlı xəbərlər də əslində iki il əvvəlki bu hadisədən görüntülərdir.
TAHİR