şənbə günü, 15 avqust 2026
     

Avropa Birliyi gürcü dövlət elitasına “viza müharibəsi” açdı...

Image


Xəyal Bəşirov: “Avropa Birliyinin əlində olan silahlardan biri Şengen zonalarına aid vizalarıdır ki, indi bu silahdan Gürcüstana qarşı istifadə edir”

Avropa Birliyi (AB) Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırıb. Avropa Komissiyasının (AK) mətbuat açıqlamasına görə, artıq onlar rəsmi məqsədlər üçün Şengen zonasına daxil olarkən onlardan viza tələb edilir. Brüssel bildirib ki, Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahətin dayandırılmasının səbəbi ölkənin demokratiya və insan hüquqları ilə bağlı öhdəliklərini pozmasıdır.

Avropa Komissiyasından bildirilib ki, bu tədbir "Gürcüstanın demokratiyanın və fundamental insan hüquqlarının əsas sahələrində vizasız rejim çərçivəsində öhdəliklərini qəsdən və sistematik şəkildə pozması" səbəbindən görülüb. "Gürcüstan hakimiyyətinin 2024-cü ilin oktyabr ayından bəri etirazların, müxalifət siyasətçilərinin və müstəqil medianın yatırılması da daxil olmaqla hərəkətləri Gürcüstandakı vəziyyətə mənfi təsir göstərib və bir sıra fundamental hüquqların və beynəlxalq hüquq normalarının pozulmasına səbəb olub. Gürcüstan həmçinin vizasız rejimin qorunması üçün vacib olan AB-nin viza siyasətinə riayət etməkdən imtina edib", sənəddə deyilir.

AB-ın Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, hökumət öz xalqına hücum etdikdə, jurnalistləri susdurduqda və azadlığı məhdudlaşdırdıqda, bunun nəticələri olur. “AB artıq Gürcüstanın demokratik prinsiplərdən geri çəkilməsinə görə maliyyələşdirilməsini dayandırıb. Bu gün Avropa repressiv Gürcüstan hakimiyyəti ilə əlaqəli şəxslərin, o cümlədən gürcü diplomatlarının Avropa Birliyinə girişini qadağan edir. Gürcüstan xalqı bizim tam dəstəyimizə malikdir, lakin repressiyanı təmsil edənlər üçün Birliyimizdə yer yoxdur”.

Vizasız rejimin müvəqqəti dayandırılması 12 ay, yəni 6 mart 2027-ci ilə qədər davam edəcək. Avropa Komissiyasının mətbuat açıqlamasına görə, Gürcüstan hakimiyyəti idarəetmə və qanunun aliliyi məsələlərini həll etməsə, Avropa Komissiyası bu tədbiri daha 24 ay uzada və məhdudiyyəti bütün Gürcüstan vətəndaşlarına şamil edə bilər.

Gürcüstan, Ukrayna və Moldovadan sonra 2022-ci ilin mart ayında Avropa Birliyinə qoşulmaq üçün müraciət etmiş və 2023-cü ilin dekabrında namizəd statusu almışdır. 2024-cü ilin dekabr ayında Tbilisi ölkənin AB-nə qəbul prosesini 2028-ci ilə qədər dayandırdığını elan etmişdir. Keçən ilin noyabr ayında dərc edilmiş Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanın son zamanlar Komissiyanın tövsiyələrini yerinə yetirməkdə "əhəmiyyətli dərəcədə geri çəkildiyi" bildirilmişdir.

Hesabatda deyilir: "Hakimiyyətin sistemli və sistematik repressiv hərəkətləri, o cümlədən vətəndaş məkanını və fundamental hüquqları, müstəqil medianın fəaliyyətini məhdudlaşdıran qanunvericilik, LGBTİQ fərdlərinin təqibi, hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq və cəzasız güc tətbiqi və AB-a qarşı düşmənçilik ritorikası Avropa Birliyinin dəyərləri və AB namizəd ölkəsindən gözlənilən hərəkətlərlə kəskin şəkildə ziddiyyət təşkil edir".

Kaya Kallas qeyd edib ki, bu mərhələdə Gürcüstanın Avropa İttifaqına qoşulmaq üçün real yolu yoxdur, əgər şərtlər kəskin şəkildə dəyişməzsə vəziyyət belə olacaq, hazırda isə o yalnız adı ilə namizəd ölkədir. Lakin Gürcüstan prezidenti Mixeil Kavelaşvili keçən ilin dekabr ayında DW-yə verdiyi müsahibədə ölkənin 2030-cu ilə qədər Avropa Birliyinə qoşulmağa hazır olacağına əminliyini bildirib.

Bu qərar Gürcüstanda daxili siyasi proseslərə necə təsir edə bilər?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov baki-xeber.com-a bildirdi ki, əslində Avropa Birliyinin bu addımı atacağı gözlənilən idi. “Son dövrlər Gürcüstanla Avropa Birliyi və Qərb arasında münasibətlərin gərginləşməsi heç kimə sirr deyil. Gürcüstanda keçirlən sonuncu parlament seçkilərindən sonra bu ölkənin parlamentində cinsi azlıqlarla qarşı qanunların, eyni zamanda qeyri-hökumət təşkilatları ilə əlaqədar xarici müdaxiləyə şəfafflığın artırılması haqqında sənədin qəbul edilməsi bu prosesə Avropanın sərt yanaşması ilə müşaiət olundu. Gürcüstanda keçirilən etirazlarda Avropa Birliyi ölkələrinə aid diplomatların, səfirlərin, xarici işlər nazirlərinin iştirakı göstərirdi ki, gərginlik artan istiqamətdə davam edəcək. Avropa Birliyinin əlində olan silahlardan biri Şengen zonalarına aid vizalarıdır ki, indi bu silahdan Gürcüstana qarşı istifadə edir. Hətta diplomatik, rəsmi, xidməti pasport sahiblərinə qarşı bu addımın atılması ondan xəbər verir ki, Avropa Birliyi bu məsələdə Gürcüstanı hələki bağışlamayıb. Avropa Birliyi ilə Gürcüstan arasında bu qarşıdurma davam edəcək. Avropa Birliyi Cənubi Qafqazdan çıxmaq niyyətində deyil. AB-nin Cənubi Qafqazda Ermənistana münasibəti məlumdur, bu ölkə hələ Rusiyanın nəzarətindən çıxmayıb. Azərbaycana da ki, qərəzli münasibətini davam etdirir. Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında, Avropa Komissiyasında və digər strukturlarda anti-Azərbaycan mövqeyi sərgiləyir və bu Azərbaycanın da adekvat cavab verməsinə gətirib çıxarıb.

Avropa Birliyi Cənubi Qafqazda ən çox Gürcüstan vasitəsilə təmsil olunmaq niyyətlərini ortaya qoymuşdu. Çünki Azərbaycanla bu addımlar öz nəticəsini verməyib, verməsi də real görünmür. Ermənistanla da vəziyyət bəllidir. Ona görə də Gürcüstan onlar üçün son dayaq nöqtəsi kimi nəzərdə tutulub, amma Gürcüstanla bağlı görünən odur ki, hələ münasibətlər gərginləşmək istiqamətində davam edir. Bu gərginlik də Avropanın diplomatik və siyasi mənada silahlarından istifadəni gündəmə gətirib. Düşünürəm ki, Gürcüstan dövləti bu məsələdə geriyə addım atmayacaq. Bu viza qadağasını sadə vətəndaşlara yox, diplomatlara və rəsmi şəxslərə tətbiq edilib”.

X.Bəşirov hesab edir ki, bu qadağa Gürcüstan rəsmilərinə qarşı tətbiq edilirsə bu onlar üçün elə də böyük əhəmiyyət kəsb etməyəcək. O, qeyd etdi ki, vaxtilə Gürcüstanın yeritdiyi Avropa meyilli siyasət nəticəsində bu ölkənin vətəndaşları Şengen ölkələrinə qısa müddətli vizasız səfərlər edə bilirdilər. “Bu da onların Gürcüstanla münasibətləri yaxşı olanda istifadə etdikləri müsbət silah idi. Münasibətlər gərginləşəndə də yenə də bu silahdan istifadə etmək niyyətini ortaya qoyurlar. Hazırkı hakimiyyətin dövründə Gürcüstanla Avropa Birliyi arasında münasibətlərin normallaşması ehtimalı o qədər də real görünmür”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ