Bəhreynin Sitra adasına İran tərəfindən pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində ən azı 32 nəfər yaralanıb. Krallığın Səhiyyə Nazirliyi hadisə zamanı uşaqlar da daxil olmaqla onlarla insanın xəsarət aldığını açıqlayıb. Bildirilir ki, yaralılardan dörd nəfərin vəziyyəti ağırdır. Məlumata əsasən, hücumda istifadə olunan dron yaşayış məntəqəsinin mərkəzinə düşüb, nəticədə ətraf ərazilərdə dağıntılar baş verib. Sosial şəbəkələrdə və internetdə Bəhreyn ərazisində, o cümlədən neft emalı zavoduna yaxın hədəflərə endirilən zərbələrin görüntüləri də yayılıb.
İradə SARIYEVA