İran münaqişəsi onuncu günündə bölgədən gələn xəbərlər qlobal bazarlarda ciddi çalxalanmalara yol açıb. Hörmüz boğazının başlanması və neft obyektlərinin hədəfə alınması xərcləri rekord həddə çatdırıb.
Brent markalı xam neft 10 gün ərzində 25 faiz artaraq 114 dollara çatıb, ABŞ prezidenti Donald Tramp isə bölgədəki gərginliyi daha da artıran açıqlamalar verib.
Neft qiymətlərinin artmasına və İranın tankerlərə qarşı təhdidlərinə toxunan Tramp, nə qədər qəribə görünsə də, gəmiləri cəsarət göstərməyə, Hörmüz boğazından keçməyə çağırıb: “Qorxulacaq heç nə yoxdur".
Neft bazarı ilə bağlı açıq bir mesaj verən Tramp, "İranın nüvə təhdidinin aradan qaldırılması ilə sürətlə düşəcək qısamüddətli neft qiymətləri, ABŞ və dünya üçün ödəniləcək çox kiçik bir bədəldir. Yalnız axmaqlar başqa cür düşünə bilər" deyib.
Tahir TAĞIYEV