ABŞ/İsrail-İran arasında getdikcə daha da şiddətlənən müharibəyə daha bir ölkə qoşulub. Ukrayna Prezidenti Zelenski Ukraynanın İran hücumlarının qarşısını almaqda ABŞ qoşunlarına kömək etmək üçün bölgəyə pilotsuz təyyarə mütəxəssisləri göndərəcəyini bəyan edib.
Zelenski bildirib ki, Yaxın Şərqdəki mülki şəxslərə və müəyyən ölkələrdə xidmət edən ABŞ qoşunlarına necə kömək edəcəkləri barədə bəzi mesajlar alıblar: “Cavabımız belə oldu: Mütəxəssislər göndərəcək və onları qorumaq üçün lazım olan hər şeyi təmin edəcəyik. Hazırda detallar barədə danışmaq hələ tezdir. Gələn həftə mütəxəssislər hadisə yerinə çatanda vəziyyəti qiymətləndirəcək və kömək edəcəklər, çünki dərhal yardım göstərmək hazırlıqlı gedirlər. Biz buna uyğun hərəkət edəcəyik".
Ukraynanın İran pilotsuz təyyarələrinə qarşı xeyli təcrübə qazandığı məlumdur, çünki Rusiya dörd illik müharibə zamanı Ukraynaya hücumlarda onlardan tez-tez istifadə edir.
TAHİR