Cümə günü, 06 noyabr 2026
     

Saakaşvilidən şok açıqlama:" Azərbaycan bu səbəbdən bizimlə quru sərhəddi bağladı"...

Image


Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili özünün rəsmi sosial şəbəkə hesabında Gürcüstan azərbaycanlıları arasında müzakirələrə səbəb olacaq açıq paylaşım edib. Gürcüstan mediası xəbər verir ki, o, özünün hakimiyyəti dövründə baş verənlərdən yazıb. Saakaşvili iddia edib ki, Gürcüstan azərbaycanlıları İrana meyilli olduqları üçün Azərbaycan quru sərhədlərini bağlayıb. Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində inanclıların əllərində İranın mərhum ali dini lideri Seyyid Əli Xameneinin fotosunu tutduğunu paylaşan Mixeil Saakaşvili qeyd edib:" "Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin xeyli hissəsi oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar? Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan 'verbovka olunanlara' çevrildilər? Necə oldu ki, elə bir vəziyyətə gəldik ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Fikir verin? Azərbaycan azərbaycanlıları buraxmır. Güllər inqilabına qədər azərbaycanlılar təcrid olunmuş şəkildə yaşayırdılar. Əsasən kənd təsərrüfatı ilə məşğul idilər, gürcü dilini bilmirdilər, ictimai həyatda iştirak etmirdilər. Milis onları amansız şəkildə sıxışdırırdı. Bir dəfə Şevardnadzenin dövründə, mən ədliyyə naziri işləyərkən Bolnisidə Dezertirlər bazarına gedən avtobusa mindim. Axırıncı yerdə oturmuşdum, gün eynəyi və papaq taxmışdım, bizi tanımasınlar deyə. Eyni zamanda yol polisinin bizi necə saxladığını videoya çəkirdik. Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul tələb etdilər. Azərbaycanlıların pulu qurtaranda, Tbilisinin girişinə yaxın bir yerdə milis pomidoru, soğanı, süpürgələri əllərindən almağa başladı. Bu videonu Şevardnadzeyə və onun nazirlərinə Təhlükəsizlik Şurasının iclasında göstərdim. Prezidentin reaksiyası sıfır idi, nazirlər isə gülüşürdülər. Bizim hakimiyyət 2004-cü ildən etibarən milisi ləğv etdi və insanların sıxışdırılması dayandırıldı. Sonra azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atmağa başladıq. Təhsil naziri Kaxa Lomiya tərəfindən görülən ilk işlərdən biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulun asanlaşdırılması oldu. Bundan sonra əvvəllər yalnız Azərbaycana oxumağa gedən azərbaycanlı gənclər Gürcüstanda qaldılar. Bundan əlavə, sonradan biz gürcü magistrantları azlıqların yaşadığı regionlara gürcü dili müəllimi kimi göndərdik və onlara ayda 1500 lari maaş verdik. Bu o vaxt təxminən 900 dollar idi (inflyasiya nəzərə alınsa, indiki təxminən 1600 dollar). Bundan başqa, biz azərbaycanlıların dövlət orqanlarında irəli çəkilməsinə başladıq. Bu kifayət idi? - Yəqin ki yox. Amma ümumilikdə düzgün istiqamətdə hərəkətə başlamışdıq. Bəs "Gürcü Arzusu"nun dövründə nə oldu? Korrupsiya və açıq reket qayıtdı və ən əsası, İrandan gələn islamçılar və İranın kəşfiyyat xidmətləri gücləndi. Son vaxtlar Kvemo Kartlidən bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq etdiyinə görə saxlanılıb (onlardan sonuncusu bir neçə gün əvvəl Yunanıstanda həbs edildi). İslamçıların təsiri xüsusilə gənclər arasında güclüdür. Azərbaycan dini radikalizm qorxusuna görə onlara sərhədini bağlayıb, Tbilisi isə onlara heç bir gələcək təklif etmir - necə ki, gürcü gənclərinə də təklif etmir. Gürcülər buna etiraz və ya xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar rahatlığı İranın radikal şiəliyində tapırlar. Nəticə çox kədərlidir. Biz çox təhlükəli etnik münaqişəyə yaxınlaşırıq. Rusiyanın bizə zorla qəbul etdirdiyi dövlət sisteminin sökülməsi məhz buna gətirib çıxarır. Bunları təcili qovmalıyıq. Əks halda yaxın illərdə Gürcüstan asanlıqla parçalanacaq. Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün mənim qədər heç kim heç nə etməyib. Onları mənim qədər sevən də olmayıb. Amma yalnız keçmişi xatırlamaqla uzağa gedə bilmərik. Nəticəyə yalnız bütün etnik mənşələrdən olan vətəndaşlarımızı birləşdirərək çata bilərik. Gürcüstanın və onun hər bir vətəndaşının azadlığına".

İRADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ