Rusiya Prezidenti Vladimir Putin Hörmüz boğazının bağlanmasına görə, regionda neft hasilatının tamamilə dayana biləcəyini deyərək, Avropa ilə enerji sektorunda əməkdaşlığı bərpa etməyə hazır olduqlarını bildirib.
Putin bu sözləri Moskvada Rusiya hökumət rəsmiləri ilə enerji sektorundakı hadisələrlə bağlı görüşdə deyib.
Yaxın Şərqdəki hadisələr səbəbindən neft qiymətlərinin bir həftə ərzində 30% artmasına diqqət çəkən Putin deyib: "Mövcud yüksək əmtəə qiymətlərinin tamamilə müvəqqəti olduğunu anlamaq lazımdır. Bu, çox açıq görünür".
Putin bildirib ki, Rusiya şirkətləri mövcud yüksək enerji qiymətlərindən faydalanmalıdır.
Avropanın Rusiya təbii qazının idxalını tamamilə dayandırmağı planlaşdırdığını qeyd edən Putin onlardan əvvəl Rusiyanın Avropaya təbii qaz nəqlini dayandıra biləcəyini bildirib.
Məlum hadisələr səbəbindən Hörmüz boğazının bağlanmasına diqqət çəkən Putin qeyd edib ki, bu marşrut boyunca nəqliyyatdan asılı olan neft istehsalı gələn ay tamamilə dayana bilər.
Putin Rusiyanın etibarlı tərəfdaşlarına enerji təchizatını davam etdirdiyini bildirib: "Əgər avropalılar bizə uzunmüddətli, davamlı və siyasi cəhətdən müstəqil tərəfdaşlıq təklif etmək qərarına gəlsələr, onlarla işləməyə hazırıq".
Bununla belə, Putin qeyd edib ki, birgə iş üçün Avropadan "siqnal" gəlməlidir.
Tahir TAĞIYEV