Türkiyə hava sahəsinə daxil olan ballistik raket zərərsizləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İrandan atılaraq Türkiyə hava sahəsinə daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
"Bəzi sursat hissələri Qaziantepdə boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Ancaq ölkəmizin ərazisinə və hava sahəsinə yönələn hər hansı bir təhdidə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq. Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına əməl olunmasının hər kəsin maraqlarına xidmət edəcəyini xatırladırıq", - deyə nazirliyin açıqlamasında bildirilib.
NATO-dan da İrandan Türkiyə hava məkanında atılan daha bir raketin zərərsizləşdirilməsindən sonra açıqlama verib. Alyans sözçüsü Allison Hart bildirib ki, NATO Türkiyəyə doğru gedən daha bir raketi məhv edib: NATO bütün müttəfiqlərini hər hansı bir təhdiddən qorumağa hazır olduğunu açıq şəkildə bildirib".
NATO martın 4-də İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına doğru istiqamətləndiyi aşkarlanan başqa bir ballistik raketi havada zərərsizləşdirmişdi.
TAHİR