İran xəbər agentliyi Tasnim İsrail Baş naziri Netanyahu haqqında şok bir iddia irəli sürüb. İddia olunur ki, Netanyahu hücumlarda yaralanıb və ya hətta ölmüş ola bilər.
Agentlik Netanyahu ilə bağlı iddiaları dəstəkləyən bəzi hadisələrə diqqət çəkir. Agentliyin məlumatına görə, son videonun onun şəxsi kanalında dərc olunmasından təxminən üç gün, son fotoların paylaşılmasından isə təxminən dörd gün keçib. Bu müddət ərzində ona aid edilən ifadələr yalnız yazılı şəkildə dərc olunub. Qeyd olunub ki, əvvəllər o, demək olar ki, hər gün, bəzən gündə bir dəfədən çox şəxsi hesablarında video paylaşıb.
Bundan əlavə, bəzi İran mənbələri Netanyahunun 8 martda iqamətgahı ətrafında geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildiriblər. Bundan əlavə, ABŞ-ın xüsusi elçisi Stiv Uitkov və Cared Kuşnerin İsrailə planlaşdırılan səfərinin heç bir izah verilmədən ləğv edilməsinin də bu vəziyyətlə əlaqəli ola biləcəyi irəli sürülüb.
Digər tərəfdən, Yelisey Sarayının Fransa prezidenti Emmanuel Makronla Netanyahu arasında baş tutan telefon danışığının yazılı transkriptini paylaşması və söhbətin tarixini qeyd etməməsi diqqət çəkir.
İsrail hələlik bu iddialara münasibət bildirməyib.
TAHİR