İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti ABŞ səfirlərini öz ərazisindən qovacaq hər hansı bir ərəb və ya Avropa ölkəsinə tankerlərin və digər mülki gəmilərin Hörmüz boğazından maneəsiz keçmək hüququ veriləcəyini açıqlayıb.
Bu barədə İran dövlət televiziyası məlumat verib.
"İsrail və Amerika səfirlərini öz ərazisindən qovacaq hər hansı bir ərəb və ya Avropa ölkəsinə sabahdan etibarən tam azadlıq və Hörmüz boğazından tranzit keçmək hüququ veriləcək"- İİKK-nın bəyanatında deyilir.
Bu arada, İran hakimiyyəti ABŞ müttəfiqlərinə məxsus neft tankerlərinə və ticarət gəmilərinə xüsusi rüsumların tətbiq edilməsini istisna etməyib, CNN bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.
Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını bağlamadığını və naviqasiyaya mane olmadığını bildirib.
"Neft istehsalı və nəqli bizə görə deyil, israillilərin və amerikalıların bizə qarşı hücumları və təcavüzü səbəbindən yavaşlayıb və ya dayanıb. Beləliklə, bütün bölgəni təhlükəli edən onlardır və buna görə də tankerlər Hörmüz boğazından keçməkdən qorxurlar. Biz onu bağlamadıq"- o deyib.
SAMİRƏ