Avropa Şurasının prezidenti António Kosta bildirib ki, Rusiya sülhü, Çin ticarət qaydalarını, ABŞ isə qaydalara əsaslanan beynəlxalq nizamı pozur. O, bu açıqlamanı özünün X səhifəsində yayımlanan Aİ səfirlərinə müraciətində verib.
Kosta qeyd edib ki, 27 fərqli ölkə ilə ortaq xarici siyasət barədə razılığa gəlmək çətindir. Eyni zamanda, Kosta vurğulayıb ki, çoxşaxəli dünya çoxşaxəli həllər tələb edir.
“Biz yeni reallığı bilirik: Rusiyanın sülhü pozduğu, Çinin ticarət qaydalarını pozduğu və ABŞ-ın qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuduğu bir reallıqdır. Bu yeni reallıqda Avropa İttifaqının missiyası nə olmalıdır? Birincisi, beynəlxalq hüquqa əsaslanan qaydalara hörmət etməliyik. BMT Nizamnaməsində və beynəlxalq müqavilələrimizdə təsbit olunmuş prinsiplərə hörməti təşviq etməliyik”, - deyə Kosta bildirib.
X-dəki başqa bir paylaşımda Kosta qeyd edib ki, Avropa İttifaqı həmişə etibarlı tərəfdaş, qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəçisi və BMT Nizamnaməsinin keşikçisi olmalıdır.
İradə SARIYEVA