Bəhreyn Neft Şirkətinin (BAPCO) neft emalı zavodlarından birinə dron hücumu edilib. Bəhreyn mediasının məlumatına görə, Maamer bölgəsində baş verən hücum nəticəsində obyektdə yanğın baş verib. İlkin məlumatlara görə, ölən və ya yaralanan olmayıb. Yanğınsöndürmə işləri davam edir.
BAPCO, neft emalı kompleksinə edilən hücumdan sonra qrup əməliyyatlarında fors-major elan etdiyini açıqlayıb. Şirkət, bütün daxili bazar ehtiyaclarının tam təmin edildiyini və mövcud proaktiv planlar sayəsində təchizatın fasiləsiz davam edəcəyini bildirib.
BAPCO-nun Maamer bölgəsindəki neft emalı zavodlarından biri ötən həftə raket hücumu nəticəsində alovlanıb. Bəhreyn Daxili İşlər Nazirliyi bildirib ki, "Maamer bölgəsindəki obyektlərdən biri hədəfə alınıb və müvafiq orqanlar hazırda hadisə ilə məşğuldur".
TAHİR