Yaxın Şərqdə müharibənin 10-cu günündə qlobal gərginlik artdıqca Şimali Koreya lideri Kim Çen In diqqət çəkən açıqlamalar verib. Kim bildirib ki, ABŞ-ın bütün ərazisi Şimali Koreyanın nüvə radiusu daxilindədir.
Ölkəsinin nüvə imkanlarını vurğulayan Kim, Pxenyan rejiminin nüvə silahlarını istənilən vaxt istifadəyə hazır saxladığını iddia edib: "Nüvə düyməsi həmişə masamın üstündədir. Bütün ABŞ bizim nüvə hücum radiusumuz daxilindədir".
Kim, Amerika qitəsindəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən hücum etmək qabiliyyətinə malik olduqlarını, Şimali Koreyanın ABŞ-ın istənilən nöqtəsinə zərbə endirmək gücünə malik olduğunu iddia edib.
Kim bildirib ki, "düşmənləri sonsuz bir qorxu hiss edəcəklər" və bu sözlərin təhdid deyil, ABŞ-ın anlamalı olduğu bir həqiqət olduğunu bildirib.
Şimali Koreya liderinin bu açıqlamaları dünyada müharibə gərginliyinin artdığı və nüvə silahlarından çəkindirmə ilə bağlı müzakirələrin yenidən başladığı bir vaxta təsadüf edir.
Tahir TAĞIYEV