Bu gün “NetBlocks” internet monitorinq təşkilatı bildirib ki, İranda internetin kəsilməsi hallarının ümumi müddəti 240 saata çatıb. Qurumun məlumatına görə, bu, hökumət tərəfindən indiyədək tətbiq edilən ən ciddi ölkəmiqyaslı internet kəsintilərindən biri hesab olunur.
“Independent Persian”ın məlumatına görə, NetBlocks-un açıqlamasında qeyd olunur ki, son aylarda baş verən çoxsaylı kəsintilər nəticəsində İran 2026-cı ilin təxminən üçdə birini ölkə üzrə və ya geniş yayılmış internet məhdudiyyətləri şəraitində keçirib.
Təşkilatın məlumatına əsasən, kəsintilər zamanı ölkənin qlobal internet şəbəkəsinə qoşulma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu isə ölkə daxilində milyonlarla istifadəçinin internetə çıxışını çətinləşdirib və bir çox onlayn xidmətlərin fəaliyyətinə təsir göstərib.
İRADƏ