ABŞ və İsrailin 28 fevralda İrana müharibə elan etməsi və ardından İranın bölgədə ABŞ bazaları olan ölkələrə qarşı qisas hücumları bütün bölgəni yanğın yerinə çevirib.
Hadisələr yaxından izləyən Türkiyə Milli Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etmək hərəkətə keçib.
Milli Nazirliyindən bu gün verilən açıqlamada adaya 6 F-16 qırıcısı və hava hücumundan müdafiə sistemi göndərildiyi bildirilib: "Bölgəmizdəki son hadisələri nəzərə alaraq və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini artırmaq üçün mərhələli planlaşdırma çərçivəsində bu gündən etibarən Şimali Kipr Türk Respublikasına 6 F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib. Hadisələrə görə aparılacaq dəyərləndirmələrdən sonra zəruri hesab edilərsə, əlavə tədbirlər görülməyə davam ediləcək".
TAHİR