ABŞ və İsrailin İrana qarşı əməliyyatları və Tehranın qisas tədbirləri zamanı Körfəz ölkələrində bir çox vacib nöqtələr hədəfə alınıb.
Region ölkələrinin rəsmi xəbərlərindən toplanan məlumata görə, İrandan qaynaqlanan hücumlar bir çox ərəb ölkəsinə, əsasən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirilib.
Bu hücumlarda BƏƏ "ən çox hədəfə alınan ölkə", Oman isə “ən az hədəfə alınan ölkə" kimi qeydə alınıb.
BƏƏ Müdafiə Nazirliyi hücumların başlanğıcından bəri 253 ballistik raket, 1440 dron və 8 qanadlı raket aşkar edildiyini açıqlayıb.
Bəyanatda həmçinin 233 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, 18-nin dənizə, 2-nin isə ölkə ərazisinə düşdüyü bildirilib.
SAMİRƏ