Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən bərpa ediləcək. Bu barədə aeroportdan bildirilib.
Qeyd edilib ki, ilkin olaraq daxili istiqamət bərpa olunur.
Məlumatda vurğulanıb ki, hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılmaqdadır.
Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:
Reys
Bakıdan qalxma
Naxçıvandan qalxma
J2 2251 / 2252
18:00
20:00
J2 2253 / 2254
19:00
21:00
J2 2255 / 2256
22:00
J2 2257 / 2258
23:00
Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.
ZÜMRÜD