İran fevralın 28-də başlayan ABŞ-İsrail hücumlarına cavab olaraq Hörmüz boğazında hər iki ölkə ilə əlaqəli bütün gəmiləri hədəf alır.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) verdiyi açıqlamaya görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 36 dəniz mili şimalda, Hörmüz boğazında güclü partlayış baş verib.
"Bir gəmi kapitanı yük gəmisinə yaxın bir nöqtədə sıçrayış gördüyünü və güclü partlayış səsi eşitdiyini bildirib. Səlahiyyətlilər hadisəni araşdırır. Gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur" – deyə açıqlamada bildirilir.
UKMTO bildirib ki, 28 fevral - 9 mart tarixləri arasında Ərəbistan körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmilərə təsir edən 13 hadisə qeydə alınıb. Açıqlamada 10 hücumun qeydə alındığı bildirilir.
TAHİR