İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari ABŞ və İsrailin İranın yanacaq və enerji infrastrukturunu hədəfə alınmasına sərt təpki göstərib.
Zülfiqari hücumlarda mülki şəxslərin və mülki infrastrukturun hədəfə alındığını deyib: “Son hücumlarında yanacaq və enerji infrastrukturunu və ictimai xidmət mərkəzlərini hədəfə alıblar".
Region ölkələrinə müraciət edən Zülfikari, İslam ölkələrindən, müharibənin daha da yayılmaması üçün ABŞ və İsraili bu əməllərindən çəkindirmələrini gözlədiklərini deyib. O, bildirin ki, İranın infrastrukturuna hücumlar dayandırılmasa, oxşar cavablar veriləcək.
Zülfikari həmçinin enerji bazarları ilə bağlı da xəbərdarlıq edib: "Neftin qiymətinin barel başına 200 dolları keçməsinə tab gətirə bilirsinizsə, oynamağa davam edin".
TAHİR