Bazar günü günü, 13 sentyabr 2026
     

Ayaqları altında Cənnət torpağı… Qəlblərində Şəhid ruhu… Analar…

Image


Vətən tariximizin şərəfli/cəsur Xanımları...

Dünya Təbəddülat coğrafiyası hüdudlarında xüsusi yeri olan Türk-Müsəlman dünyasının, o cümlədən Bütöv Azərbaycanın zəngin tarixi-coğrafi, maddi-mədəni...salnamə səhifələrində “qızılı sətirlərlə” isimləri yazılmış Anaların...Xanım-Xatunların həyatı nəinki milli-mənəvi sərvətimiz, həm dənəsillərə örnək timsallıdır...

Qarabağ diyarının Xankəndi şəhərinin Ballıca kəndində (sonralar Şuşa rayonu inzibatçılında) keçən əsrin 30-cu illərin sonunda Səmayə Xanlar qızı (1914-1996) ilə ailə quran Laçın rayonu, Ardıclı kəndinin cavan oğlu-Kəriş Mirzəkərim oğlunun (1918-1998, II Dünya müharibəsi iştirakçısı) ailəsində dünyaya gələn Üç Bacının-Zöhrə (1937-2020), Qüdsiyyə/Svetlana/Şövkət (1952) və Rayanın (1954) və tale-ömür yazılarının eyniliyində bir Müqəddəs sətir var-hər Üçü Şəhid Anaları olub, hələ, bu azmış kimi biri həm də Şəhidin Həyat-Ömür/Gün həmdəmi olub...

Böyük bacı Zöhrənin taleyinə 1992-ci il yanvar ayının 28-də Şuşa şəhəri səmasında Şəhid olmuş Bəhrəm Mətləb oğlu İsmayılovun (1972-1992) Anası olmaq Şərəfi yazılıbmış, ortancıl-Qüdsiyyə/Svetlana Şəhid leytnant Namiq Rəhbər oğlu Cavadovun (1973-2020) Anasıdır, kiçik bacı Raya Xocalı soyqırımı qurbanları-həm oğlu Zahid Yelmar oğlunun (1973-1992), həm də həyat yoldaşı Yelmar İskəndər oğlu Əbdülovun (1949-1992) nişanəsidir....

Vətən torpaqlarının azadlığı və Xalqımızın qisası naminə Şəhid Oğullarının ruhları Uca Məqamda, Məkanları müqəddəs Anaların ayaqları altındadır. O Anaların ki, südü və qanı ilə canından ayırdığı, qəlbi və könlü ilə isindirdiyi, arzuları ilə boya-başa çatdırdığı İgid Ərənlərin ilk ünvanı- “Ana” kəlməsi olduğundan son günləri, son anları da Ana adıyla bağlı olub, bu dünyadan vidalaşanda ilk növbədə Analarının Ruhu xəbər tutub. Bu ilahi-mistik duyğular İlahi bir Hökmdür və Şəhidlərimizin Ruhları məhz Ana Ruhları ilə qol-boyun olaraq Uca Haqqın dərgahındadır. Ona görə də Şəhid Analarının dilində, qəlbində, ruhunda....yalnız və yalnız....Şəhidlərin Adı səslənir gecə-gündüz, vaxtsız-vədəsiz....addımlarını asta atırlar ki, məkanları inciməsin...

Şəhidlərimizi Mübarək Məqamla birləşdirən yalnız bir ünvan var-Qarabağ bölgəsi.

Mənfur düşmən qüvvələrinin cəmləşdiyi, qanlı-qadalı səngərlərlə sinəsi yarılan və yaranlanan-Qarabağ diyarı. Bu diyarda Şəhid olan Vətən oğullarının isə bir ünvanı var-Azərbaycan....Neçə-neçə Analarımız yaşayır müqəddəs və şərəfli Şəhid Anası adı ilə, nəinki Azərbaycan hüdudlarını, bütövlükdə Türk-Müsəlman dünyasını qürurlandıran İsmləri ilə...

I Vətən müharibəsi, 4-5 aprel 2016-cı il Aprel döyüşləri və II Vətən müharibəsinin tarixi həm də bacı olan Şəhid Anaları, iki övladı Şəhid olan Anaları...ilə şərəf və zəfər qazanmışdır.

Qəhrəman Azərbaycan Anaları sırasında Şəhid məqamlarının Cənnət rahiyəsinə bürünmüş Ana Ruhları da Uca Məqamlara üz tutub...

Xocalı nahiyəsinin Cəmilli kəndində Mətləb Bəhram oğlu İsmayılovla (1936-2010) ailə quran Zöhrə xanımın ciyərparası, Xocalı rayon Polis şöbəsinin əməkdaşı 25 yaşlı Bəhram Mətləb oğlu İsmayılov 28 yanvar 1992-ci ildə Şuşa şəhəri yaxınlığındakı Xəlfəli kəndi səmasında vurulan Mİ-8 helikopterində 44 nəfər sırasında 5 nəfər silahdaşı ilə birlikdə Şəhid oldu. Dünyaya gətirdiyi üç qızdan sonra düşmənə göz dağı olacaq Oğul arzusu ilə Bəhram doğulanda onu Arzu deyərək çağırardılar. İsti nəfəsi və mehri-məhəbbəti ilə böyütdüyü Bəhram Ana arzularının canlı qanadı idi, həyatının ətrini ondan alırdı. Ana məhəbbəti ona elə sirayət etmişdi ki, Bəhram düşməninə də rəhm etməyi bacarırdı-1991-ci ilin sonunda əsir düşmənə çörək-su, siqaret... verməyi, əsirə can yandırdığı (iki gündən sonra dəyişdirilsə də) indi də acı xatirə kimi yaddaşlardadır...

Sanki, ürəyinə damıbmış kimi həmişə onun üstündə yarpaq kimi əsirdi, həyatda bütün xoş arzularınıı Onun adı ilə yaşadırdı... İlahi Haqqa dualarını əsirgəməzdi...amma amansız düşmən xisləti nəinki Zöhrə Ananın, Bütöv Xalqın faciəsinə bais oldu...Bacısı İradəyə əvvəlcədən əyan olan acı xəbəri-Bəhramın Şəhid sorağını ondan gizli saxladılar, yaralı olduğunu bildirdilər...

Zöhrə xanımın əzizlərinə qəlb yanğısı təkcə Bəhramla azalmırdı, doğmalarına qarşı da eyni istək var idi. Bacısı Qüdsiyyə/Svetlananın bircə ciyərparası leytnant Namiq Rəhbər oğlu Cavadovun (1973-2020) yanğılı xəbərini eşidəndə ürəyi dözmədi, bivəfa dünyaya baxan ağlar gözlərini birdəfəlik yumdu...

Əziz Şəhidlərinin anası Zöhrə xanım Bərdə şəhər qəbirstanlığında dəfn edildi, oğlunun məzarı yaxınlığında.

Qüdsiyyə/Svetlana xanım öz əmisi oğlu, Laçın rayonu, Ardıclı kəndindən olan Rəhbər Əmir oğlu Cavadov (1953-2011) ilə Cəmilli kəndində birgə Ömür yoluna çıxanda ürəyində elə arzuları tumurcuq bağlamışdı ki...indi çoxusunu unudub, yadında qalan yalnız Şəhid balası, Namiqlə bağlı və yaddaşında diri qalan xatirələridir.

- Mən yaşamıram ki, Onun nəfəsidir məni saxlayan, Namiq ölümündən 7 il əvvəl yazdığı məktubda Şəhid olacağını bildirmişdi, gizli məktunubda...deyir Ana...

Raya Kəriş qızı Əbdülova (1954) 1969-cu ildən Xocalı kəndində Yelmar İskəndər oğlu Əbdülovla (1949) ailə həyatı qurub, sakit, firavan, qayğılı-qayğısız...yurdumuzun bu cənnət guşəsindəki ocaqlarında 6 uşaq böyüyüb-Araz (1970), Nəzakət (1972), Zahid (1973), Zakir (1974), Polad (1976) və Səadət (1977).

İşğalçı rus-hay hərbi birləşmələrinin 1988-ci ildən sonra başladıqları ərazi təcavüzünə qarşı 1991-ci ilin sonlarından Xocalı könüllü/yerli özünümüdafiə qüvvələrinin sıralarında döyüşlərə qatılan ata Yelmarın və oğul Zahidin ömrü 1992-ci il fevral ayının müdhiş 25-i gecəsində “Xocalı alovları”nda alışıb külə döndü, Şelli kəndi istiqamətində, meşədə gedən döyüşlərdə Yelmar Şəhid oldu (Ağdam Şəhidlər xiyabanında dəfn edilib), o vaxt 19 yaşlı Zahiddən isə hələ də xəbər yoxdur...

Raya xanımın sinəsində sönməyən od qalandı o gündən...indi doğma Xocalı şəhərində-doğma yurdunda Zakirin (o da, II Qarabağ müharibəsinin iştirakçısı olub) ailəsi ilə birgə yaşayır-ürəyinin ağrısı, saçlarının dümağ işığı ilə...

Əslən Lerik rayonu, Qəvoy kəndindən olan və Masallı rayonu, Viləş kəndində (2017-ci ilədək-“Kalininovka” adlanıb) yaşayan Ziba Xanoğlan qızı Paşayeva/Əsgərova (1969) 2016-cı il aprel ayının 4-dən və 2020-ci ilin 9 noyabr günündən sonra öz həyatını yox, Şəhid Övladları-Nurlan (1995) və İntiqam (1990) Bayram oğlu Əsgərlilərin Müqəddəs Ruhlarını yaşatdığını həzin ürək çırpıntıları ilə dilə gətirir və xəyallarını bildirir: Hər səhəri Şəhid balalarına söylədiyi laylalarla, bayatılarla açılır, onlara həsr etdiyi nağılları xatırlamağla Şəhid Ömrlərini yaşayır...

- Onların Vətən sevgisinin adımla mistik bir bağlılığı var, bu da bir İlahi hökmdür. 1941-195-ci il müharibəsindən qayıdan əmim məşhur kəşfiyyatçı Ziba Qəniyeva ilə birlikdə vuruşub, onunla cəbhə yoldaşı olub və may ayının 9-da mən doğulanda onun şərəfinə adımı qoyub. Atamın müharibə xatirələri ruhunda, düşmənə nifrət hissi ilə böyüdüyümdən Övladlarıma nağıllarla Vətən sevgisini aşıladığıma, Uca Allaha inam kökü üstündə tərbiyə verdiyimə görə fəxr duyuram. Ona görə də hər iki oğlum nağıl qəhrəmanları oldu, çünki ömürləri qısa oldu, dastanlarda olduğu kimi, amma Adları Əbədi yaşar, Məqamları Ucadır...

Viləş kəndində Dədə ocağı Məhərrəm Sadat oğlu Əsgərovun (1912-1990) yurdunda Şəhid Oğullarının ev-muzeyini yaratmaqla (açılış aprel ayının 6-da nəzərdə tutulur) Ziba ana Vətənimizin və Dövlətimizin qüdrətli olmasıi və gələcək nəsillərin xoşbəxt yaşaması naminə gələcək nəsillərin qəhramanlıq ruhunda böyüməsinə, Zəfər tariximizin öyrənilməsinə, Şəhidlərimizin tarixi-muzey salnaməsinin təşəkkülündə Şəhid Analarımızın istəyinin ifadəsinə nail olacağına əmindir.

Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, Əli-İslam küçəsi, ev 29 ünvanında yaşayan İKİ ŞƏHİD OĞLU ANAsı Sevinc Səlim qızı Əhmədova (1967, Goranboy rayonu, Eyvazlılar kəndində doğulub) 1992-ci ildə İlqar Müslüm oğlu Əhmədovla (1962-2002) ailə qurub, bu şəhərə gəlin köçəndə arzusu doğma, isti ocaqda övlad böyütməyi arzu edirdi...

Çətinliklərə sinə gərdi, ağrılara-acılara dözdü, amma arzusuna da çatdı, iki oğul böyütdü, ağıllı, qeyrətli, namuslu...əsil Vətən Ərənləri timsalında...Əli (1993-2020) və İslam (1994-2020) adında....ikisində eyni gündə Şəhid olmuşlar-II Vətən müharibəsinin ilk günündə-27 sentyabrda, Əli Talış kəndi-Suqovuşan uğrunda gedən döyüşlərdə, İslam (O, Əfqanıstan hərbi əməliyyatlarında, 2016-cı il, aprel döyüşlərində də iştirak edib) cəbhənin Füzuli rayonu istiqamətində...Aralarında bir gün fərqi ilə Mingəçevir çəhər Şəhidlər xiyabanında dəfn ediliblər.

Sevinc Ana İki Şəhid Oğlunun ocağının keşiyini çəkir, Şəhid Qardaşların ev-muzeyini yaradır, gecə-gündüz Ruhlarına sığal çəkir, deyir ki, fəxr edirəm ki, onlar qeyrətli övlad oldular, mənə fəxr nəsib etdilər və bir xatirəni heç unutmur:

- Sentyabrın 26-da axşam Tərtər hərbi mövqeyində vətənpərvər qardaşlar-Əli və İslam görüşüb, əhd-peyman bağlayıblar-hansımız Şəhid olsaq..sağ qalan Anamızı qorusun...

2020-ci il mart ayının 4-də Əli nişanlanmışdı, toy tədarükünə hazırlaşırdı...

Türk-Müsəlman dünyasının Yeni Tarix dövrü (XX-XXI əsrlər) Azərbaycan xalqının Şanlı Zəfər imzalı Xanım-Xatun ismləri ilə də salnamə irsinə daxil edilmişdir. 1918-1920-ci illərdə rus-hay silahlı dəstələrinə qarşı xalq mübarizəsində “Erkək Tavat” ləqəbi qazanmış, Qubadlı nahiyəsinin Haral kəndindən olan Tavat Kərbəlayı Məmməd qızı Hümbətova (1897-1983) və Quba qəzası, Xaçmaz nahiyəsinin Padar kəndində Qaçaq Reyhan (1900-1978, deyilənə görə “Dağlar qızı Reyhan” mahnısı onun şərəfinə 1959-cu ildə bəstələnib görkəmli bəstəkar F.C.Əmirov tərəfindən, sözləri şair T.Əyyubova aiddir), I Dünya müharibəsində şəfqət bacısı kimi iştirak edən ilk Azərbaycanlı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (1878-1931), II Dünya müharibəsinin Sovet-Fin cəbhəsində partizan-həkim kimi döyüşən Aliyə Fətulla qızı Rüstəmbəyova (1907-1942), 1941-1945-ci illərində Azərbaycanın ilk qadın snayperçisi-kəşfiyyatçısı Ziba Paşa qızı Qəniyeva (1923-2010), ilk hərbi qadın təyyarəçisi Züleyxa Mir Həbib qızı Seyidməmmədova (1919-1994), 1990-cı ilin Qanlı Yanvar şəhidləri Sürəyya Lətif qızı Babayeva (1913-1990), Fəridə Nəriman qızı Abbasova (1952-1990), Sevda Məmmədağa qızı Salayeva (1968-1990), I Qarabağ müharibəsində ilk Şəhid xanım jurnalist Salatın Əziz qızı Əsgərova (1961-1991, Azərbaycanın Milli Qəhrəmanı), itkin düşmüş Şəhid xanım Mehriban Arif qızı Qarayeva (1970-2026), cəsur döyüşçülərdən Cavahirat Abdulla qızı Abdullayeva (1960), Xanımzər İsmayıl qızı Həsənova (1971), Məhəbbət Sabir qızı Paşayeva (1958), Gülbar Heydər qızı Heydərova (1965-1993), Rüxsarə Bayraməli qızı Cumayeva (1968), müstəqil Azərbaycanın ilk snayperçisi Növrəstə Ağakərim qızı Yusifova (1952), Sevgili Almurad qızı Rüstəmova (1958-2024)....xalqımızın tarixi köklərə bağlı igid Ərənlər ilə çiyin-çiyinə hərb meydanlarında döyüşən, səngər-barıt qoxulu Qız Qardaşları olub....

Bütöv Azərbaycanın Türk dünyası tarixində şərəfli səhifələrlə adları yazılan Xanım ismləri sayca xeyli dərəcədə çoxdur, minilliklər, yüzilliklər tarixində silinməz izlərlə salnamə toplularında layiqli yerləri tutur...

(Yazının hazırlanmasında həm də Xocalı şəhər sakinləri Nəzakət Yelmar qızı Əbdülovanın (1972) və İradə Mətləb qızı İsmayılovanın (1975) məlumatlarından istifadə olunub).

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ