AB rəhbərliyində Yaxın Şərq siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Bu fonda Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera İranaç qarşı daha sərt ritorika sərgiləyən və AB-nin müdafiə xərclərinin artırılmasını tələb edən rəhbəri Ursula fon der Leyenin açıqlamalarını sərt tənqid edib.
İspaniyanın Onda Cero televiziya kanalına verdiyi müsahibədə Ribera bildirib ki, beynəlxalq hüququn şübhə altına alındığı və ya onun çərçivəsindən kənar hərəkətlərə dözüldüyü təəssüratı yarada biləcək müzakirələri son dərəcə təhlükəli hesab edir. Onun sözlərinə görə, Avropa qlobal nizamın qorunması üçün xüsusi məsuliyyət daşıyır.
Avropa Komissiyasının sədr müavini vurğulayıb ki, təcavüzkarlarla mübarizə aparılmalıdır, lakin bu, mövcud qaydaları məhv etməklə deyil, geniş beynəlxalq koalisiya yaratmaqla edilməlidir.
Qeyd edək ki, “Politico" nəşri daha öncə Avropa diplomatlarının fon der Leyenin özbaşına hərəkətlərindən narazı olduqlarını bildirmişdi.
SAMİRƏ