ABŞ və İran arasında "Hörmüz boğazı" gərginliyi pik həddə çatıb. Trampın "Hörmüz boğazı bağlanarsa, 20 dəfə daha güclü zərbə endirəcəyi" təhdidinə İran İnqilab Keşikçiləri Korpusu "Əgər hər hansı bir şübhəniz varsa, yaxınlaşın və cəhd edin" deyə cavab gəlib.
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tenqsiri billdirib ki, İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur: “Əgər hər hansı bir şübhəniz varsa, yaxınlaşın və buna cəhd edin".
Bundan əvvəl Tramp Yaxın Şərqdə artan gərginlik fonunda artan enerji qiymətlərinin qarşısını almaq məqsədilə neftlə bağlı bəzi sanksiyaların ləğv olunduğunu elan edib.
"Qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyaları da qaldırırıq. Hörmüz boğazı açılana qədər sanksiyaları qaldıracağıq. O zaman, kim bilir, bəlkə də artıq sanksiyalar tətbiq etməyə ehtiyac qalmayacaq" - deyə Tramp bildirib.
Tahir TAĞIYEV