Cümə günü, 06 noyabr 2026
     

Merkosur ölkələri Avropanın aqrar sektorunu viran edəcək, Macarıstan indidən qabaqlayıcı addımlar atır

Image


Fransa, Almaniya, Belçika və İtaliyadan olan fermerlər Strasburqdakı Avropa Parlamenti binasının qarşısında etiraz aksiyası keçirirlər. Onlar Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika blokunda yer alan Merkosur ölkələri arasında ticarət müqaviləsinin ləğv edilməsini tələb edirlər. Etirazlara cavab olaraq, polis Strasburqdakı Avropa Parlamentinin binasını hasarlarla mühasirəyə alıb.

Nümayişçilər üzərində “Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı fermerləri və xalqı satıb” və “Zəhərli sazişlərə yox” kimi şüarların yazıldığı plakatlar qaldırıblar. Aksiyalarla əlaqədar Avropa institutları ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. Buna baxmayaraq, bəzi etirazçılar parlament binasını əhatə edən baryerləri aşmağa cəhd göstəriblər. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verib. Bu hadisələr Avropa Parlamentinin plenar iclasında ifrat sağçı “Avropa üçün vətənpərvərlər” qrupunun Avropa Komissiyasına qarşı Merkosur sazişi ilə əlaqədar təqdim etdiyi etimadsızlıq təklifinin müzakirə olunduğu vaxta təsadüf edib. Sözügedən təşəbbüs Avropa Komissiyasının bu ticarət sazişində Avropa Parlamentini və milli parlamentləri kənarda qoyduğu, eyni zamanda milyonlarla Avropa fermerinin narahatlıqlarını nəzərə almadığı iddialarına əsaslanır. Etimadsızlıq təklifi qəbul edilərsə, Avropa Komissiyası istefa verməli olacaq. Lakin mövcud parlament nisbətlərinə görə bu təşəbbüsün qəbul olunma ehtimalının aşağı olduğu bildirilir. Bundan öncə isə Avropa Parlamenti Avropa İttifaqı ilə Merkosur ölkələri arasında imzalanmış azad ticarət sazişinin Avropa Ədalət Məhkəməsi tərəfindən hüquqi baxımdan yoxlanılması barədə qərar qəbul edib. Strasburqda keçirilən səsvermədə 334 deputat qərarın lehinə, 324 nəfər əleyhinə səs verib, 11 deputat bitərəf qalıb. Qərara əsasən, parlamentin sədri Avropa Ədalət Məhkəməsinə müraciət edərək sazişlə bağlı rəsmi hüquqi rəy bildirməsini istəyəcək. Avropa Ədalət Məhkəməsinin rəyinin bir neçə ay ərzində açıqlanacağı gözlənilir. Təşəbbüs əsasən solçular və “Yaşıllar” fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Onlar sazişin iki hissəyə bölünməsini tənqid edərək bunun milli parlamentlərin səlahiyyətlərindən yan keçilməsi anlamına gəldiyini bildiriblər. Eyni zamanda, istehlakçıların müdafiəsi, ətraf mühit və heyvan rifahı sahəsində Aİ standartlarının zəiflədilə biləcəyindən narahatlıq ifadə olunur. Almaniya Kansleri Fridrix Merts sazişin müvəqqəti tətbiqinin mümkünlüyünü müdafiə edib və parlamentin qərarını “təəssüfdoğuran” adlandırıb. Sosial Demokratlar Partiyasının funksioneri Rene Repasi məhkəməyə müraciətin sazişin parlament təsdiqi olmadan müvəqqəti qüvvəyə minməsinə yol aça biləcəyi barədə xəbərdarlıq edib. “Greenpeace” təşkilatı isə belə bir addımı antidemokratik adlandırıb.

Qeyd edək ki, 25 illik danışıqlardan sonra, 9 yanvarda Brüsseldə keçirilən Avropa İttifaqı nümayəndələrinin görüşündə Aİ ilə Braziliya, Argentina, Uruqvay və Paraqvayın daxil olduğu Merkosur alyansı arasında sərbəst ticarət sazişinin lehinə səs verib. İmza mərasimi 17 yanvarda Paraqvayın paytaxtı Asunsyonda baş tutub. Boliviya Merkosur qrupuna daxil olsa da, ilk mərhələdə sazişə qoşulmayacaq. İmzalanma mərasimində Aİ-ni Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təmsil ediblər. Bu, Aİ tarixində ən böyük ticarət müqaviləsidir. Saziş Avropa İttifaqı ilə Merkosur ölkələrini əhatə edən 700 milyondan çox əhalinin yaşadığı bölgələri birləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Yeni sərbəst ticarət zonası ABŞ prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşı müdafiə məqsədi daşıyır. Sazişə əsasən, Aİ ilə Merkosur arasında dövriyyədə olan malların təxminən 90 faizindən çoxuna tətbiq oluna gömrük vergilərinin ləğv edilməsi nəzərdə tutulur. Brüssel ümid edir ki, bu, Aİ-nin Cənubi Amerikaya illik ixracını 39 faiz və ya təxminən 49 milyard avro artıracaq və bununla da Avropada 440 mindən çox iş yerini dəstəkləyəcək. Bundan əlavə, Avropa şirkətləri ixrac rüsumlarından ildə təxminən 4 milyard avro qənaət edə bilərlər. Razılaşmanın Avropanın əczaçılıq, maşınqayırma, avtomobil sənayesi üçün böyük imkanlar təmin edəcəyi proqnozlaşdırılır. Aİ üçün ən böyük imkanların avtomobil, maşınqayırma və əczaçılıq sənayesində yaranacağı gözlənilir. Merkosur ölkələrinin əsas ixrac məhsulları təbii sərvətlər və kənd təsərrüfatı məhsullarıdır. Sazişin qüvvəyə minməsi üçün hələ də Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Lakin bu da kifayət deyil - 27 Aİ ölkəsinin hər biri müqaviləni ratifikasiya etməlidir, əks halda bu, onların ərazisində tətbiq olunmayacaq. Sazişin bir hissəsi milli səviyyədə təsdiq gözləmədən qüvvəyə minəcək. Bu məqsədlə Avropa Komissiyası təsdiqləmə prosesini iki hissəyə bölməyi təklif edib: Avropa İttifaqının müstəsna səlahiyyətlərinə aid olan hissələrin müvəqqəti olaraq ümumavropa səviyyəsində təsdiqlənməsi və sonra qalan hissəsi hər bir üzv dövlətin parlamentləri vasitəsilə davam etdirilməlidir. Avropa istehsal standartlarına cavab verməyən mallar fonunda ucuz rəqabətdən qorxan Aİ kənd təsərrüfatı sənayesinin nümayəndələri müqaviləni sərt şəkildə tənqid edirlər. Artıq Polşa, Fransa, İrlandiyavə Belçikada etirazlar baş verib. Merkosur ölkələrində məvaciblər çox aşağı olduğundan burada kənd təsərrüfatı məhsulları ucuz baaş gəlir. Avropada isə vəziyyət əksindədir və yüksək maaşlar aqrar məhsulların maya dəyərinə təsir edir. O səbəbdən sözügedən sazişin Avropada kənd təsərrüfatı sahəsini çökdürəcəyi gözlənilir. Bu arada Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı - Merkosur arasında azad ticarət sazişi Macarıstanda ratifikasiya olunmayacaq. Onun sözlərinə görə, milli maraqların qorunmasına yönəlmiş hökumət hakimiyyətdə olduğu müddətdə Budapeşt bu sazişi təsdiqləməyəcək. Orban Avropa Komissiyasını Aİ ölkələrinin vətəndaşlarını aldatmağa cəhd etməkdə ittiham edib. Orban bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Aİ parlamentlərini keçərək Merkosur ilə müqavilə imzalayaraq Avropa fermerlərini aldadıb: “Fermerlər təkcə müqavilənin onlara qarşı qəbul edilməsinə görə deyil, həm də axmaq kimi rəftar edilmələrinə və aldadılmasına görə qəzəblənirlər”. Orban izah edib ki, qaydalara görə, beynəlxalq ticarət müqaviləsi milli parlamentlər tərəfindən təsdiqlənməlidir: “Xanım fon der Leyen və onun komissiyası, əlbəttə ki, milli parlamentlərin qərar verəcəyini, lakin bu vaxt ərzində imzalanmış müqavilənin müvəqqəti olaraq tətbiq oluna biləcəyini bildirən köməkçi qayda yaratmaqla parlamentləri aldadıblar”. Baş nazir Brüsseldə etiraz edən fermerlərlə həmrəyliyini bildirib, onları geri çəkilməməyə çağırıb və Merkosur ilə müqaviləni onlar üçün əlverişsiz və zərərli adlandırıb: “Məhz buna görə də hazırda Strasburqda etirazlar keçirilir və buna görə də onların tərəfdarları fon der Leyenin istefasını tələb edirlər. Və onlar haqlıdırlar!”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ