Beynəlxalq xəbər agentlikləri öz mənbələrinə istinadən Suriya diktatoru Bəşər Əsədin atası Hafiz Əsədin qardaşı Rifat əl-Əsədin öldüyü barədə məlumat yayıb. Bildirilir ki, Rifat 88 yaşında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölüb.
Bir vaxtlar elit təhlükəsizlik qüvvələrinin güclü rəhbəri olan Rifat əl-Əsədin Hafiz əl-Əsədin varisi olduğu bildirilirdi. O, Hafizin 1970-ci illərdə prezident olmasına və hakimiyyətini möhkəmləndirməsinə kömək edib.
Rifat əl-Əsəd 1982-ci ildə Hama şəhərindəki islamçı üsyanı onun komandanlığı altındakı hökumət qüvvələri tərəfindən qanlı şəkildə yatırıldıqdan sonra "Hama qəssabı" ləqəbini qazanıb. 27 gün ərzində təxminən 10.000 - 40.000 arasında insan öldürülüb.
1958-1984-cü illər arasında Suriya ordusunda general-mayor rütbəsində xidmət edən Rifat əl-Əsəd 1984-cü ildə qardaşı Hafiz əl-Əsədə qarşı uğursuz çevrilişə cəhd edib. Bu hadisədən sonra o, ölkəni tərk edib və 36 il Fransada sürgündə yaşayıb. Bəşər Əsədin prezidentliyi dövründə 2021-ci ildə Suriyaya qayıdıb.
"Hama qəssabı", Bəşər Əsədin 2024-cü ilin8 dekabrında devrildikdən sonra Livana, daha sonra isə Dubaya qaçıb.
TAHİR