Cümə günü, 06 noyabr 2026
     

Tramp NATO-dan geri çəkilir, NATO isə adada hərbi təlimə hazırlaşır...

Image


Son dövrdə NATO daxilində baş verən proseslər alyansın yaranmasından bəri ən dərin strateji böhran mərhələlərindən birinə daxil olduğunu göstərir. ABŞ-ın NATO qüvvələrini geri çəkməklə bağlı verdiyi siqnallar, Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı açıq bəyanatları və bu fonda Fransanın Qrenlandiyada NATO təlimləri keçirməyi təklif etməsi artıq təsadüfi və ya epizodik hadisələr deyil. Bunlar NATO daxilində uzun illər yığılıb qalmış ziddiyyətlərin açıq siyasi qarşıdurmaya çevrildiyini göstərir və alyansın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi sualını aktuallaşdırır.

ABŞ-ın mövqeyi bu prosesdə ən çox sual doğuran məqamdır. Vaşinqton bir tərəfdən Avropa ölkələrini NATO qarşısında daha çox maliyyə və hərbi öhdəlik götürməyə çağırır, ABŞ-ın Avropanın təhlükəsizliyini təkbaşına təmin etmək niyyətində olmadığını bildirir. Digər tərəfdən isə NATO üzvü olan Danimarkanın suveren ərazisi sayılan Qrenlandiya ilə bağlı açıq şəkildə ərazi iddiası səsləndirir. Bu yanaşma alyansın əsas prinsiplərindən biri olan üzv dövlətlərin ərazi bütövlüyünə hörmət anlayışını faktiki olaraq zəiflədir və NATO daxilində etimad böhranını daha da dərinləşdirir. ABŞ-ın Fransa tərəfindən irəli sürülən NATO təlimləri ideyasını tənqid etməsi və Parisin hərbi büdcəsinin məhdudluğunu qabartması isə mübahisəni texniki və maliyyə müstəvisinə çəkmək cəhdi kimi görünür, lakin problemin siyasi və strateji mahiyyətini aradan qaldırmır.

Fransanın mövqeyi isə daha ardıcıl və uzunmüddətli strategiyaya əsaslanır. Emmanuel Makron artıq bir neçə ildir ki, Avropanın strateji muxtariyyəti ideyasını ön plana çəkir və Avropa təhlükəsizliyinin yalnız ABŞ-ın iradəsindən asılı olmasının riskli olduğunu vurğulayır. Qrenlandiyada NATO təlimləri təklifi zahirən alyans çərçivəsində atılmış addım təsiri bağışlasa da, əslində ABŞ-a ünvanlanmış siyasi mesajdır. Bu mesaj Avropanın öz təhlükəsizlik gündəmini formalaşdırmaq gücündə olduğunu və Vaşinqtonun birtərəfli təzyiqlərinə boyun əyməyəcəyini nümayiş etdirməyə hesablanıb. Makronun Trampın təhdidlərinə cavab olaraq “heç bir hədə-qorxunun təsir etməyəcəyi” fikrini səsləndirməsi də bu mövqein açıq ifadəsidir.

Bu qarşıdurma NATO daxilində yeni güc xətlərinin formalaşmasına səbəb olur. ABŞ-ın diqqətinin getdikcə Asiya-Sakit okean regionuna yönəlməsi Avropada təhlükəsizlik boşluğu ilə bağlı narahatlıqları artırır. Avropa ölkələri başa düşür ki, gələcəkdə ABŞ-ın təhlükəsizlik zəmanətləri əvvəlki qədər avtomatik və şərtsiz olmaya bilər. Bu da Avropanı öz hərbi və siyasi imkanlarını artırmağa, NATO çərçivəsindən kənar, lakin onunla paralel fəaliyyət göstərə biləcək mexanizmlər qurmağa sövq edir. Belə bir şəraitdə NATO vahid strateji mərkəz kimi yox, daha çox müxtəlif maraqların toqquşduğu və uzlaşdırıldığı platformaya çevrilə bilər.

Eyni zamanda, alyans daxilində Avropa nüvəsinin güclənməsi ehtimalı da real görünür. Fransa və Almaniya başda olmaqla bir sıra ölkələr Avropa İttifaqı çərçivəsində müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır. Ortaq hərbi layihələr, birgə silahlanma proqramları və koordinasiya mexanizmləri NATO-nun rolunu tədricən arxa plana keçirə bilər. Bu halda ABŞ NATO-da qalmaqda davam etsə də, alyansın yeganə və mübahisəsiz lideri statusunu itirə bilər. Bu isə NATO-nun soyuq müharibədən bəri formalaşmış güc balansının dəyişməsi deməkdir.

Daha sərt ssenaridə isə NATO daxilində açıq siyasi parçalanma riski gündəmə gələ bilər. ABŞ-ın müttəfiq ölkələrin ərazi bütövlüyü məsələsində yaratdığı narazılıqlar, Avropa ölkələrinin isə buna qarşı daha prinsipial mövqe tutması alyansın legitimliyini sarsıda bilər. Belə bir vəziyyətdə NATO formal olaraq mövcudluğunu davam etdirsə də, real təsir gücü və qərarvermə qabiliyyəti zəifləyəcək. Alyansın kollektiv müdafiə mexanizmləri kağız üzərində qalsa da, siyasi iradənin çatışmazlığı onların effektivliyini azalda bilər.

Ümumilikdə, Avroatlantik məkan uzun müddət ABŞ-ın liderliyi üzərində qurulmuşdu və NATO bu liderliyin əsas institusional dayağı idi. Lakin hazırkı proseslər göstərir ki, bu model artıq əvvəlki kimi işləməkdə çətinlik çəkir. ABŞ ilə Avropa arasında münasibətlər klassik müttəfiqlik formatından çıxaraq daha çox maraqların balanslaşdırıldığı və qarşılıqlı etimadın sınağa çəkildiyi mərhələyə daxil olur. NATO-nun gələcəyi də məhz bu yeni reallıqlara necə uyğunlaşacağından asılı olacaq. Aydın görünən odur ki, alyans qarşıdakı illərdə daha çox daxili sınaqlarla üzləşəcək və onun əvvəlki kimi vahid iradəyə malik, tək mərkəzdən idarə olunan struktur olaraq qalması getdikcə daha çətin görünür.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ