Cümə axşamı günü, 30 iyul 2026
     

Azərbaycan–Ukrayna əlaqələri dərinləşir, humanitar aspekt ön plana çıxır

Image


Azərbaycan–Ukrayna əlaqələri son illərdə yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, getdikcə daha çox humanitar müstəvidə dərinləşir. Bu istiqamət təsadüfi deyil. İlk növbədə ona görə ki, Azərbaycanın xarici siyasətində humanitar dəyərlər, münaqişələrdən zərər çəkmiş xalqlara dəstək və beynəlxalq həmrəyliyin gücləndirilməsi xüsusi yer tutur.

Azərbaycan özü uzun illər münaqişənin ağır nəticələri ilə üzləşmiş ölkə kimi bu sahədə həm təcrübəyə, həm də mənəvi məsuliyyət hissinə malikdir. Bu baxımdan Ukrayna ilə münasibətlərdə humanitar komponentin gücləndirilməsi iki xalq arasında əlaqələrin daha dayanıqlı və səmimi əsaslar üzərində qurulmasına xidmət edir.
Heç şübhəsiz ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri qeyd edilən istiqmaətdə də münasibətlərin daha dərinləşməsinə xidmət edir. Onun Qəbələdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşləri, apardığı müzakirələr bu məsələdə də mühüm önəm kəsb edir. Hazırda humanitar dəstək müxtəlif istiqamətlərdə özünü göstərir. Bunlardan biri Ukraynadan olan uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsidir. Müharibələrin ən ağır psixoloji təsirinə məruz qalan təbəqə məhz uşaqlardır. Azərbaycan bu reallığı öz tarixindən yaxşı bilir. Buna görə də ölkədə mütəmadi olaraq ukraynalı uşaqlar üçün reabilitasiya və sosial dəstək proqramları təşkil olunur. Bu proqramlar onların psixoloji vəziyyətinin yaxşılaşdırılmasına, travmaların aradan qaldırılmasına və normal həyata adaptasiyasına kömək edir. Enerji infrastrukturu sahəsində də humanitar yardım mühüm rol oynayır. Müharibə nəticəsində Ukraynanın enerji sisteminə ciddi zərər dəyib və bu, birbaşa olaraq mülki əhalinin həyatına təsir edir. Xəstəxanalar, məktəblər və digər həyati əhəmiyyətli obyektlər elektrik enerjisi çatışmazlığı ilə üzləşir. Azərbaycan bu sahədə Ukraynaya elektrik generatorları göndərməklə konkret və praktik dəstək göstərir. Bu addımlar humanitar siyasətin yalnız sözlə deyil, real tədbirlərlə həyata keçirildiyini nümayiş etdirir. İnsanlararası əlaqələr də Azərbaycan–Ukrayna münasibətlərində mühüm yer tutur. Ukraynada fəaliyyət göstərən geniş Azərbaycan diasporu iki xalq arasında körpü rolunu oynayır. Diaspor üzvləri həm mədəni əlaqələrin qorunmasına, həm də humanitar təşəbbüslərin həyata keçirilməsinə töhfə verirlər. Bu əlaqələr xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu daha da möhkəmləndirir.
Azərbaycanın mina təmizlənməsi sahəsində topladığı təcrübə də Ukrayna üçün böyük əhəmiyyət kəsb edə bilər. Uzun illər işğal altında qalmış ərazilərin azad edilməsindən sonra Azərbaycan genişmiqyaslı mina təmizləmə işləri həyata keçirir və bu sahədə ciddi bilik və texnoloji imkanlar əldə edib. Gələcəkdə bu təcrübənin Ukrayna ilə bölüşülməsi, həmçinin müvafiq avadanlıqların təmin olunması humanitar əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər. Bununla yanaşı, Azərbaycan bərpa və quruculuq sahəsində də unikal təcrübəyə malikdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri beynəlxalq səviyyədə diqqət çəkir. Bu təcrübənin Ukrayna ilə paylaşılması, xüsusilə müharibədən zərər çəkmiş bölgələrin bərpasında tətbiq edilməsi gələcək əməkdaşlıq üçün böyük imkanlar yaradır. Siyasi müstəvidə Azərbaycan müstəqil dövlət kimi öz xarici siyasətini milli maraqları əsasında qurur. Ölkənin ikitərəfli və çoxtərəfli əlaqələri heç bir halda üçüncü tərəflərə qarşı yönəlməyib. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu prinsip beynəlxalq hüququn əsas sütunlarından biridir və ona əməl olunmadıqda sülh və sabitliyin təmin olunması çətinləşir. Azərbaycan özü bu prinsipin pozulmasının nəticələrini yaşadığı üçün onun əhəmiyyətini dərindən dərk edir. Eyni zamanda Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hərbi iştirakdan uzaq durur və problemin dialoq yolu ilə həllini dəstəkləyir. Ölkə neytral və balanslaşdırılmış mövqeyi ilə seçilir. Azərbaycan regionda etibarlı tərəfdaş və mümkün diplomatik platforma kimi çıxış edə bilər. Bu, ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, sülh təşəbbüslərinə töhfə vermək potensialını da göstərir. Azərbaycanın müxtəlif tərəflərlə eyni zamanda münasibətləri inkişaf etdirmək bacarığı onun xarici siyasətinin mühüm xüsusiyyətlərindən biridir. Bu baxımdan Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərgin olduğu dövrlərdə belə Azərbaycanın hər iki ölkə ilə əməkdaşlığını davam etdirməsi uğurlu balans siyasətinin nümunəsidir. Eyni yanaşma Ukrayna ilə münasibətlərdə də özünü göstərir. İqtisadi sahədə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Enerji sektoru bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji şirkəti SOCAR-ın Ukraynada fəaliyyət göstərməsi, o cümlədən yanacaqdoldurma məntəqələrinin işləməsi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu əməkdaşlıq gələcəkdə daha da genişləndirilə bilər. Azərbaycan–Ukrayna münasibətlərində humanitar istiqamətin gücləndirilməsi yalnız cari ehtiyaclara cavab vermir, həm də uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır. Humanitar dəstək, insanlararası əlaqələr, siyasi balans və iqtisadi əməkdaşlıq bu münasibətlərin dayanıqlı inkişafını təmin edən əsas sütunlar kimi çıxış edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

30.07.2026 / 21:15
Katolikos həbsə gedir - erməni kilsə başçısı məhkəmə qərarına tabe olmur...

30.07.2026 / 20:57
Dövlət sifarişi ilə film çəkilişinə kimlərin ədəbi əsərləri seçiləcək?...Qərar verilib

30.07.2026 / 20:40
Trampın Zelenskiyə münasibəti kardinal şəkildə tərsinə dəyişdi...

30.07.2026 / 20:23
Fransa casus Martin Rayanın müdafiəsinə qalxdı, Bakıdan da sərt cavab aldı..

30.07.2026 / 20:09
Trampın yeni rüsum qanununda Azərbaycanla bağlı ilginc məqam...Layihə müzakirə olunur

30.07.2026 / 19:56
Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

30.07.2026 / 19:41
Ermənistan Rusiya ilə dəmir yolu mübahisəsini Beynəlxalq Məhkəməyə çıxarır - ildə 2 milyard dollar tələbi...

30.07.2026 / 19:26
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib - FOTO

30.07.2026 / 19:25
Bakı Qızlar Universiteti bağlandı - iki nazirlik məlumat yaydı...

30.07.2026 / 19:18
"Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir" - Vüqar Rəhimzadə

30.07.2026 / 19:01
“Kalkınma Elçiləri” TİKA-nın Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər etdi

30.07.2026 / 18:38
“Ermənistan İran və ABŞ arasındakı münaqişəyə vasitəçi kimi qarışa bilməz” - Paşinyan

30.07.2026 / 18:28
Ukrayna Rusiyanın cənubundakı ən böyük limanlardan birini və iki tankeri vurdu...

30.07.2026 / 18:25
Kərkicahana dönüş: 33 ilin həsrətini sona çatdıran yol

30.07.2026 / 17:51
FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

30.07.2026 / 17:33
Ukraynanın Xəzərə raket-dron zərbələrinin yeni təfərrüatları çıxır...

30.07.2026 / 17:15
İran ABŞ-ın İordaniyadakı F-35 anqarını vurdu – 3 qırıcı məhv edildi...

30.07.2026 / 16:57
DİN-dən növbəti əməliyyat - 57 kq narkotik və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

30.07.2026 / 16:46
Ehsan, yoxsa ziyafət?...

30.07.2026 / 16:41
Trampı “psixoloji cəhətdən sındırmağa” çalışan kim(lər)dir?..

30.07.2026 / 16:36
İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib

30.07.2026 / 16:34
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - FOTO

30.07.2026 / 16:33
Astarada şəhid ailələri ziyarət olundu

30.07.2026 / 16:30
Azərbaycan xalqı öz qəhrəman şəhidlərini unutmur

30.07.2026 / 16:20
Netanyahu İrana qarşı Trampdan xəbərsiz addımlar atmayacaq...

30.07.2026 / 16:05
Hamilə rus qadınları Braziliyadan kütləvi deportasiya edilir - "doğum turizmi", ya vətəndaşlıq almaq cəhdi?..

30.07.2026 / 15:51
Çindən İrana döyüş texnikasının daşınma marşrutu qismən açıqlandı...

30.07.2026 / 15:25
Rusların məşhur "Matuşja" mahnısı Azərbaycan dilində səsləndi - VİDEO

30.07.2026 / 15:11
Putinin referendum tələbi Paşinyanı tələyə salıb...

30.07.2026 / 15:09
İraqlı nazirin Ərdoğanla imzalamaq istəmədiyi sazişdə nələr var?

30.07.2026 / 14:56
Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

30.07.2026 / 14:41
Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

30.07.2026 / 14:27
Hörmüzdə 21 gün sonra bir ilk - Qətər tankeri İranın razılığı ilə boğazdan keçdi..

30.07.2026 / 14:17
Bir neçə metr uzunluğunda kabab - erməni mətbəxində yeni saxtakarlıq...

30.07.2026 / 14:10
Paşinyandan Putinə mesaj - biz bu yanaşmanı qəbul etmirik...

30.07.2026 / 13:54
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

30.07.2026 / 13:24
SEPAH-dan ABŞ-a mesaj - təhdidlər davam etdiyi müddətcə Hörmüz açılmayacaq...

30.07.2026 / 13:10
Tramp İran bataqlığında – Tehranın bu qədər dirənəcəyini gözləmirdi...

30.07.2026 / 12:55
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

30.07.2026 / 12:52
Ukrayna Rusiyanın ən böyük bazarını çökdürür - vurulan “Wildberries” anbarlarının sayı 15-ə çatdı...

30.07.2026 / 12:44
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

30.07.2026 / 12:19
İran Küveytdə Çin şirkətinin binasını vurdu...

30.07.2026 / 12:10
AQTA gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırmalara başladı

30.07.2026 / 11:30
Azərbaycanın xarici dövlət borcu azaldı

30.07.2026 / 11:18
Rusiya Ukraynanın şəhərlərinə günişmiqyaslı hücum başlatdı – çox sayda ölü və yaralılar var...

30.07.2026 / 11:06
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

30.07.2026 / 10:55
Ukraynanın ardıcıl hücumları “Wildberries”i Rusiyadan qaçırır - şirkət anbarlarını Qazaxıstana köçürür...

30.07.2026 / 10:41
Kalkınma Elçilərinin ilk səfəri Nuru Paşanın anısı ilə Bakıdan başladı

30.07.2026 / 10:07
Türkiyədə meşə yanğınları genişlənir...

30.07.2026 / 09:21
Türkiyənin Etimesqut bələdiyyəsinin sədri, aktyor Erdal Beşikçioğlu saxlandı

30.07.2026 / 08:12
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi İran kəşfiyyatına işləməkdə ittiham olundu

30.07.2026 / 06:33
Rusiya səfirliyindən məşhur “Qrehem layihəsi”nə sərt təpki - “Trampa “ayı xidmətidir”…

30.07.2026 / 06:05
İranda “təkfirçi terror təşkilatı"na qarşı əməliyyat keçirildi

30.07.2026 / 05:44
ABŞ İranın İordaniyaya gecə hücumuna eyni cavabı verdi

30.07.2026 / 05:35
Türkiyədə Atatürkün partiyasından daha güclü Yeni partiya doğuldu - siyasi proses gərginləşir...

29.07.2026 / 22:28
"Məni istədiyiniz qədər həbs edin" - Saakaşvili Nelson Mandela kimi həbsxanadan çıxacağını deyir...

29.07.2026 / 22:10
Putin Paşinyanı yenə təbrik etmədi… Baş nazirdən haqlı sual – “bəs onda o, kiminlə danışırdı?”

29.07.2026 / 21:43
Putinin basqıları Paşinyanı konstitusiya dəyişikliyindən çəkindirir... Bəlkə məqsəd elə budur...

29.07.2026 / 21:27
Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

29.07.2026 / 21:11
İran Ukraynaya qarşı canlı hərbi qüvvə göndərir...(?) Xəzəri vuran dronlar aləmi qarışdırıb...

29.07.2026 / 20:55
Rusiya Ermənistanın qaz bazarından çıxan kimi...İran planı indidən qurur...

29.07.2026 / 20:40
Əliyevin Putinə zənginin hədəfi bilindi - “nə vaxta qədər belə olacaq?!”...

29.07.2026 / 20:27
Livanın İraqla neft kəməri layihəsi “dəryada balıq sevdasıdır” - Ərdoğanla Şəraa buna razı olar?...

29.07.2026 / 20:11
Paşinyandan Moskvaya mesaj – “…bu Aİİ üçün sonun başlanğıcı olacaq”…

29.07.2026 / 19:57
Moskva yola gəlmir - Paşinyanı məhv etməkdə israrlıdır...

29.07.2026 / 19:44
İran Ukraynaya qarşı ballistik raket hücumuna hazırlaşır - Qərb kəşfiyyatından iddia…

29.07.2026 / 19:29
“Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb

29.07.2026 / 18:50
ABŞ-İran müharibəsi bütün Yaxın Şərqə yayılır - Səudiyyə də rəsmən müharibəyə qoşuldu...

29.07.2026 / 18:29
Trampdan İrana sərt qisas təhdidi - onları məhv edəcəyik…

29.07.2026 / 18:09
Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

29.07.2026 / 17:44
Ukrayna Xəzərdə İran gəmilərini ABŞ-a dəstək üçun vurdu...

29.07.2026 / 17:15
"Avropa bazarı Rusiya bazarından böyükdür, lakin orada bizə yer yoxdur" - Ermənistan tələdə...

29.07.2026 / 16:45
Tramp süni zəkadan ilk hərbi istifadə layihəsinə başladı - əvvəl Səudiyyənin, sonra Əmirliklərin könlünü alır...

29.07.2026 / 16:44
1828–1978: Tarixi həqiqətlər, xronoloji saxtakarlıqlar və Rusiya-Ermənistan "Əbədi Dostluq" medalyonunun ifşası...

29.07.2026 / 16:36
ABŞ Senatı Rusiyaya qarşı "cəhənnəm sanksiyaları"nı işə salır - iki partiyadan 86 senator birgə qərar verdi...

29.07.2026 / 16:27
Qarabağ qələbəsinin "mis parıltısı" gəldi - qazanc 12 milyondan 135 milyon dollara çıxdı....62 min ton...

29.07.2026 / 16:14
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO

29.07.2026 / 16:03
Tramp Zelenskiyə Putinlə razılaşmaq üçün yeni ideya verdi...

29.07.2026 / 15:55
İran nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədən çıxır - parlamentə qanun təqdim olundu...

29.07.2026 / 15:41
İsrail Türkiyəni hədələdi - “imkan vermərik Ərdoğan Suriyanı bizə qarşı gücləndirsin”...

29.07.2026 / 14:41
Balakəndə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlandı...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ