Cümə günü, 06 noyabr 2026
     

Vətənin qəhrəman oğlu

Image


(Altıncı yazı)

Qədim dövrlərdən bəri ərlik, igidlik, qəhrəmanlıq xalqımız üçün kişilik simvolu hesab edilib və bunun dəyəri heç nə ilə müqayisə olunmayıb. Hər zaman olduğu kimi, indi də mərd oğulların şücaəti yüksək qiymətləndirilir. Vətən, xalq, torpaq uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalan, adları şanlı tariximizin pozulmaz səhifələrinə qızıl hərflərlə həkk edilən Vətən oğullarının xatirəsi isə həmişə əziz tutulur, böyük ehtiram göstərilir.

Doğma Azərbaycanımız Böyük Zəfərlə başa çatan II Qarabağ savaşında məhz belə mərd, qəhrəman Vətən oğullarının şücaəti ilə sərhədlərini yenidən bərpa etdi, 30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımız işğaldan azad olundu, azadlığına, bütövlüyünə qovuşdu.

Lakin təəssüflər olsun ki, heç bir qələbə qurbansız olmadığı kimi, Vətən müharibəsində qazanılan qələbə də qurbansız – şəhidlərsiz olmadı.

Bu haqda rəsmi mənbələrin məlumatına əsasən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, 100 nəfərdən artıq hərbçi itkin düşmüş, min nəfərdən çoxu isə yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrundakı mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Məhz bu insanlığa sığmayan düşmən təxribatları səbəbindən itkilərimiz yalnız döyüş bölgələrində deyil, dinc əhalinin yaşadığı və döyüş mövqeyindən uzaqda yerləşən şəhər və rayonlarımızda da olmuş, xalqımız xeyli sayda mülki şəhid vermiş, yaralılarımız olmuş, yüz­lərlə bina və tikililər dağıdılmış, evlər viran qalmışdır. Həmin hədəflərdən bəlkə də ən birincisi Gəncə idi. Ölkənin ikinci böyük şəhəri olan bu qədim və ulu diyar strateji əhəmiyyəti ilə də düşmənin diqqətini çəkmiş, daha azğın, daha amansız təxribatlar törətməyə sövq etmişdir. 44 gün ərzində düşmən tərəfindən yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə atılmış yüzlərlə ballistik raketlər, qadağan olunmuş silah mərmiləri nə qədər zərərsizləşdirilsə də, təəssüf ki, onlardan hədəfə düşərək böyük partlayış yaradanlar, insanların həyatına son qoyanlar, ağır yaralanmasına səbəb olanlar, evlərini başlarına uçuranlar da oldu.

Düşmən amansızlığının, vəhşiliyinin sübutu olan bu raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla Gəncənin dinc sakinlərindən 26 nəfər şəhid olmuş, 142 nəfər yaralanmış, mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəq­liyyat vasitələrinə külli miqdarda ziyan dəymiş, 100-lərlə tikili və yaşayış evi dağıdılmışdır. Ümumilikdə isə, Gəncə həm hərbi, həm də mülki olmaqla bu müharibədə 122 şəhid vermişdir.

Bəlkə elə buna görə idi ki, Vətən müharibəsində ön və arxa cəbhə anlayışı o qədər də böyük əhəmiyyət kəsb etmirdi və sanki bir-birinə qarışmışdı. Bu müharibədə hər kəs sadəcə bir yumruq idi. Sarsılmaz, qüvvətli, güclü "Dəmir yumruq"!

Düşmənin başını əzib ona sarsıdıcı zərbələr endirərək dizini bükən, belini qıran "Dəmir yumruğ"un gücünü dünyaya nümayiş etdirən, adları böyük ehtiramla çəkilən, ruhları hörmətlə anılan şəhid oğullarımızın sırasında Əmrah Rajapovun da adı var.

Əmrah Rajapov 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən əsgəri xidmətə ça­ğırılıb və Beyləqanda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Gənc əsgər az bir vaxtda nizam-intizamı, cəldliyi, hərbi texnikaya olan marağı və hərbi qaydaları asanlıqla mənimsəmə qabiliyyəti ilə komandirlərinin diqqətini cəlb edib, mehribanlığı, ünsiyyətcilliyi, qayğıkeşliyi ilə əsgər yoldaşlarının hörmətini qazanıb.

Əmrah əsgəri xidmətin qəribə cazibəsinə ilk günlərdən düşmüşdü. Ən qəribəsi də o idi ki, o burada özü­nü heç yerdə olmadığı qədər rahat, mənəvi ağrı və iztirablardan qurtulmuş, bütün daxili gərginliklərdən uzaq hiss edirdi. Burada hər kəs əsgər idi və özünü tanıtmadan, kağız üzərindəki kimliyini bəlli etməyə ehtiyac olmadan daxili şəxsiyyətini təqdim edə bilmək imkanı yaranmışdı.

Hər bir əsgərin qorxmazlığı, şücaəti, möhkəmliyi ilə öz tərcümeyi-halını özü yaza bilmək qüdrətinə sahib olması Əmrahın ən sevdiyi məqam idi. Hərbi təlimlər, idman məşqləri, ciddi əsgər rejimi günlərin, saatların daha dolğun keçməsinə səbəb olurdu.

Dünyanın heç bir dərdi ilə müqayisə edə bilmədiyi rəsmi sənədlərdə ata adının məchul göstərilmə acısını, heç bir analıq məsuliyyəti hiss etmədən körpəliyindən onu görməzdən gələn ana nisgilini düşünməyə vaxt tapa bilməməsi Əmrahın həyata olan baxışını da dəyişmişdi. İndi yaşamaq daha asan, daha mənalı görünürdü.

Burada hər kəsin eyni olması, yeyəcəkləri də, yatacaqları da, paltarları da, hətta yerişləri də bir-birindən seçilməməsi ürəyincə idi. Bu ciddi hərb qayda-qanunları içərisində Əmrah özünü heç yerdə hiss etmədiyi qədər azad və qayğısız hiss edirdi.

Lakin həftəlik telefon iznlərində kənarda dayanıb ailəsi, ata-anası, bacı-qardaşı ilə danışan əsgər yoldaş­larına baxıb qəlbindəki yaranın közünün heç qaysaqlanmayacağını başa düşürdü. Te­lefon haqqından istifadə təklif olunanda özünü o yerə qoymaz, bir küncə çəkilib dostlarından kiminsə telefon nömrəsini yığıb danışar, xəyalən Uşaq evində yaşadığı illərə dönüb, yoldaşlarına "hərbi təlim" keçdiyi anları xatırlayar: "Elə bilirdim hər şeyi bilirəm, sən demə hərbidə öyrənməli çox şeylər var imiş" – deyərdi.

Əmrahın ünsiyyətcil olması burada ona çoxlu dostlar qazandırmışdı. Amma ən yaxın dostu "Məzun evi"ndə qonşu olduğu və əsgərlikdə də təsadüfən bir yerə düşdüyü Nicat idi. Nicatla eyni taleyi yaşamaqları onları demək olar ki, bir ailə etmişdi. Kimsəyə deyə bilmədikləri dərd-sərlərini bölüşür, bir-birlərinin yanında olduğu kimi görünməkdən çəkinmirdilər.

Günlər hiss olunmadan ötüb-keçir, Əmrah gündən-günə bədəninin daha da möhkəmləndiyini, boy-buxununun mükəmməlləndiyini, hətta boyunun bir az da uzandığını hiss edirdi. Fikri, düşüncəsi də sanki əvvəlkindən fərqlənir, dünyaya baxışı dəyişir, daha müdrik, daha məntiqli olduğunun fərqinə varırdı. Belə anlarda müəllimləri, xüsusən də Şəhla müəllim gözlərinin qarşısına gəlir və əvvəlki şirin təbəssümü ilə gülümsəyib: "Görürsənmi, sənin Qaraşın necə bir əsgər olub, canım Anam?" – deyirdi. Xəyalındakı Şəhla müəllimi də ona: "Sən onsuz da həmişə mənim əsgər balam olmuşan, canım oğlum," – deyirdi.

Artıq 2020-ci il sentyabr ayının sonları idi. Əmrahla Nicat əsgərlərlə birgə hərbi hissənin yeməkxanasında nahar edirdilər. Nicat üzünü Əmraha tutub: – Qardaş, ili başa vururuq. Vur-tut altı ayımız qaldı. Nə düşünürsən? Əsgərlikdən sonra nə işlə məşğul olacaqsan? – soruşdu.

– Dəqiq deyə bilmərəm. Amma bəzi planlarım var. Əvvəlcə Gəncəyə gedəcəm. Gəncə üçün çox darıx­mı­şam.

Xəyalına Gəncədəki dostları, Uşaq evi, müəllimləri, Nazilə xanım, Şəhla anası, Günel bacısı gəldi. Ürəyində hər birinə ayrı-ayrılıqda deyiləsi o qədər sözü var idi ki.

Sonra isə ciddi şəkildə öz həyatını quracaq, işləyəcək, həyatında ilk dəfə "bu mənim evimdir" – deyə bildiyi birotaqlı mənzilində xoşbəxt bir ömür yaşayacaqdı. Belə anlarda Əmrahın hələ ki, ürəyində gizli saxladığı sevdiyi qız yadına düşürdü. "Mən bu günəcən hər kəs kimi bir həyat yaşamadım, amma bundan sonra öz taleyimi özüm quracam, səni isə dünyanın ən xoşbəxti edəcəm," – deyirdi.

Sentyabr ayının 27-si sübh tezdən ildırım sürəti ilə yayılan xəbərlə yeri-göyü lərzəyə salan atəş səsləri üst-üstə düşdü; ölkədə müharibə başlamışdı. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qoşunlarımızın bütün cəbhə xətti boyu əks-hücum əməliyyatına başlaması Azərbaycan Ordusunun əsgəri olan Əmrahın da digər əsgər yoldaşları kimi döyüşlərə qatılmasına səbəb oldu.

Birillik əsgəri xidməti zamanı Əmrah hərbi sahəyə aid çox şey öyrənmişdi. Döyüş üçün özünü tam hazır hiss edirdi. Döyüşə atılanda əsl cəngavər kimi döyüşür, bütün bacarığını nümayiş etdirməyə çalışır, hünər və cəsarəti ilə komandirlərini, silahdaşlarını fərəhləndirirdi.

– Rajapov, sən əsl qəhrəmansanmış ki! Düzünü deyim ki, bu qədərini gözləmirdim, – deyirdi komandiri. – Amma bu cür cəsarətlə döyüşdüyün kimi, ehtiyatlı davranaq özünü qorumağı da bacarmalısan. Vətənin sənin kimi mərd oğullara hər zaman ehtiyacı var.

Komandir sonra üzünü əsgərlərə tutdu:

– Biz bu müharibəni mütləq udmalıyıq. Başqa yolumuz yoxdur. Qələbə qəhrəman ordumuzun sayəsində qazanılır. Siz isə bu ordunun əsgərlərisiniz. Hər birinizin həyatı çox qiymətlidir. Çalışın ki, sona qədər, qələbə əldə edənə kimi mərd-mərdanə vuruşasınız. İrəli, yalnız irəli!

Əmrah dilavərlik etdi:

– Siz narahat olmayın, ko­mandir. Əlimizə qəhrəman olmaq fürsəti düşüb. Heç geriyə ayaq qoyarıq? Məgər uşaqlıqdan bu arzu ilə yaşamamışıq? Torpağımızın bir qarışını da düşmən tapdağı altında qoymarıq. Son damla qanımıza qədər əzmlə mübarizə aparacağıq.

Əsgərlər onun səsinə səs verib: – Əmrah düz deyir, komandir. Yolumuz yalnız irəliyədir, – dedilər.

– Əhsən sizə, igidlərim, – komandir əli silahlı döyüşçülərini qürurla süzdü.

Artıq 10 gündən çox idi ki, müharibə bütün cəbhə xətti boyunca davam edirdi. Ordumuz rəşadətlə döyüşərək ermənilərin qurduğu istehkamları yerlə-yeksan edir, 30 ildən çox işğal altında olan əzəli və əbədi torpaqlarımızda qarış-qarış irəliləyirdi. Bu, xalqımızın qələbəyə olan inamını gündən-günə artırır, əsgər və zabitlərimizin vətənpərvər qəlbində ruh yüksəkliyi yaradır, onları daha böyük inamla döyüşməyə cəsarətləndirirdi. Amma müharibənin acı nəticələri də qaçılmaz idi. Havanın barıt qoxusu, qulaq batıran mərmi səsi, torpağı göyə sovuran raket zərbələri, tozlu-torpaqlı səngərlər, partlayışlar, tanklar, döyüş maşınları və s. yalnız ölüm saçmağa hədəflənmişdi və nə yazıq ki, buna da nail olurdu; cəbhədən qələbə xəbərləri ilə yanaşı, üçrəngli bayrağa bükülmüş şəhid cənazələri də gəlməkdə idi.

Füzuli istiqamətində ağır döyüşlər gedirdi. Əm­rah­gilin manqası döyüşün ən qaynar nöqtəsində idi. Döyüşün qızğın çağında düşmən gülləsi Əmrahın silahdaşını haqladı. Əmrah ona tərəf süründü: – Döz, səni bura­dan çıxaracam, – dedi.

Yaralı güclə nəfəs alırdı. Səsi kəsilə-kəsilə: – Sən özünü qoru, qardaş, mən birtəhər dözərəm, – dedi.

– Danışıb özünü yorma, dostum, sənə danışmaq ol­maz.

– Əmrah...

Əmrah qolunu yaralının belinə dolayıb onu bir addım kənara çəkdi. Gün ərzində bir neçə yaralını döyüş mövqeyindən çıxarmışdı. Üst-başı özünün xırda yaralarından axan qandan başqa, həm də xilas etdiyi yaralıların qanına boyanmışdı.

– Dostum, indi...

Əmrahın sözü ağzında qalda. Düşmənin atdığı raket bir andaca dəhşətli partlayışla 10 nəfərə qədər olan dəstəni göyə sovurdu. Güclü zərbə Nicatı xeyli kənarda olan xəndəyə atdı. Digərlərini isə şəhidlik zirvəsinə ucaltdı. Əmrah 20 illik ömründə mənəvi cəhətdən çox yanıb qovrulmuşdu, bu dəfə isə cismi od tutub yandı.

Nazilə İsmayılova: – "Bu haqda ilk dəfə mənə onun dostları yazdılar ki, deyirlər Əmrah şəhid olub. Sonra isə komandirinin səs yazısını göndərdilər. Əmrahın əsgər yoldaşı Nicatı "Məzun evi"ndə qonşu olduqları üçün tanıyırdım. Nicatın qohumu ilə telefon əlaqəsi yaratdım. Dedi ki, raket düşən zaman Əmrahın yanında olub, lakin raket zərbəsindən Nicat dərəyə yuvarlanıb, Əmrah isə yanaraq şəhid olub. Təəssüf ki, qələbədən sonra Nicat da Şuşada minaya düşərək şəhid oldu. 5 aya yaxın vaxt keçdi. Nəhayət prosesin sona çatdığını xəbər verdilər və Əmrah fevral ayının 23-də Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırıldı. Onu tanıyan, tanımayan hər kəs dəfn mərasimində iştirak etdi və son mənzilə öz doğması kimi yola saldı."

Bəlkə bu da taleyin bir ironiyasıdır ki, Əmrah son mənzilə məhz fevral ayının 23-də yola salındı. Bu tarix Sovet imperiyası dövrünün ən möhtəşəm bayram günlərindən biri idi və Sovet Ordusunun yaranma günü kimi qeyd edilirdi. Həmin imperiyanın qanına bais olduğu oğullardan biri olan Əmrah məhz həmin "bayram" günündə qəhrəmanlıq mücəssəməsi kimi torpaqdan boy verib göylərə ucaldı.

Döyüşdə göstərdiyi rəşadət isə dövlətimiz tərəfindən yüksək qiymətləndirildi və Vətən müharibəsinin şəhidi, əsgər Əmrah Rajapov ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi. Təəssüf ki, ölümündən sonra.

Əmrah bir vaxtlar: – Mən hər kəsin qarşısına qəhrəman kimi çıxmaq istəyirəm, – demişdi. Atalarımız, kişinin sözü bir olar – deyiblər. Əmrah da kişi kimi sözünü dedi və yerinə yetirərək hər kəsin qarşısına əsl qəhrəman kimi çıxdı.

Məqamın uca olsun, qəhrəman şəhidim. Yəqin ki, ruhun duyur, görürsənmi hər kəs səni necə alqışlayır? Məgər sənin istəyin də bu deyildimi? Həmişə üzün gülərdi, bu dəfə isə gözün gülsün, Əmrah. Nisgilli baxışlarla möhürlənmiş gözlərinin güldüyünü görmək hər birimizin arzusudur.

Fərruxə Umarova



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ