şənbə günü, 26 sentyabr 2026
     

Trampın "A"-dan sonra "B", "C" planları da var? - "İxtiraçı" ekspertlərin yeni tapıntısı...

Image


Bəhruz Quliyev: "Onun siyasəti klassik diplomatiya çərçivələrini aşaraq, daha çox taktiki manevrlər və psixoloji təzyiq üzərində qurulub"

Türkiyə mediasında bəzi şərhçilər və qəzetçilər müzakirəyə belə bir fikir atıblar ki, məsələ heç də bu qədər sadə deyil və Trampın hansısa planı var, ola bilməz ki, Tramp əvvəlini-axırını düşünmədən hərəkət edir və sair. Sanki Tramp elə bir ssenari ilə oynayır ki, onun hələ bilinməyən tərəfləri var.

Bu nə qədər doğru yanaşmadır?

Bu yanaşmada müəyyən həqiqət payı var, amma onu mütləqləşdirmək də təhlükəlidir.

Trampın siyasi üslubu klassik diplomatiyadan fərqlənir. O, qərarları tez verir, bəyanatları kəskin olur, sonra geri çəkilir və ya tam əksini deyir. Bu, kənardan “düşünülməmiş” kimi görünə bilər. Amma Trampın biznes və siyasət təcrübəsi göstərir ki, o, xaos yaratmaqla qarşı tərəfi çaşdırmaq, bazarlıq mövqeyini gücləndirmək taktikasından istifadə edir. “Dəli adam nəzəriyyəsi” deyilən bir şey var: qarşı tərəf sənin nə edəcəyini bilməyəndə güzəştə daha meylli olur.

Ukrayna məsələsində də Trampın əsas məqsədi aydındır: müharibəni tez bitirib “sülh gətirən prezident” imici qazanmaq və diqqəti Çin, İran, daxili iqtisadiyyata yönəltmək. Bunun üçün ona həm Kiyev, həm Moskva lazımdır. Uitkoff və Kuşnerin Moskvaya getməsi, Kiyevə gecikməsi də bu planın parçası ola bilər. Tramp əvvəlcə Rusiyanı masaya gətirib nə verə biləcəyini öyrənir, sonra Ukraynanı fakt qarşısında qoymaq istəyir. Yəni “gizli ssenari” deyilən şey əslində sadə bazarlıqdır: kimə təzyiq etsəm, daha tez nəticə alaram.

Amma bunu “Trampın hər addımı 10 il əvvəldən hesablanmış dahiyanə planıdır” kimi təqdim etmək yanlışdır. Tramp impulsivdir. İranla müharibə, İsrail lobbisi, seçicilərin əhvalı, neft qiyməti, Konqresdəki vəziyyət - bunların hamısını illər əvvəldən hesablamaq mümkün deyil. O, vəziyyətə görə manevr edir. Dünən Zelenskini tərifləyir, sabah “pullarımızı yeyir” deyir. Bu, plan yox, taktiki çeviklikdir.

Türkiyə mediasında yayılan “Trampın böyük planı var” fikri həm də psixoloji rahatlamadır. İnsanlar xaosu qəbul etməkdənsə, “bunun arxasında bir ağıllı dizayn var” deməyə üstünlük verir. Çünki nəzarətsizlik qorxu yaradır. Halbuki beynəlxalq siyasətdə çox şey məhz improvizə, səhv, təsadüf nəticəsində baş verir.

Doğru yanaşma ortadadır: Trampın ümumi hədəfi var: ABŞ-ın resurslarını Avropadan çəkib Sakit okeana yönəltmək, Ukraynanı tez bağlamaq. Amma bu hədəfə gedən yol düz xətt deyil. O, test edir, təzyiq edir, geri çəkilir, yenidən hücuma keçir. Bəzən alınır, bəzən yox. “Bilinməyən tərəflər” varsa da, onlar çox vaxt Trampın özü üçün də bilinməzdir, çünki reaksiyalara görə qərar verir.

Yəni Tramp düşünmədən hərəkət etmir, amma onun düşüncəsi şahmat qrossmeysteri kimi 20 gediş sonranı hesablamaq deyil. Daha çox poker oyunçusuna oxşayır: əlindəki kart zəif olsa da, üz ifadəsi ilə qarşısındakını basır. Tutsa, qazanır. Tutmasa, yeni əl paylanır...

"Bugünkü beynəlxalq münasibətlər sistemində müşahidə etdiyimiz əsas tendensiyalardan biri də siyasi liderlərin fərdi üslubunun qlobal proseslərə birbaşa təsir imkanlarının artmasıdır. Donald Tramp bu baxımdan ən parlaq və eyni zamanda ən mübahisəli fiqurlardan biridir. Onun siyasəti klassik diplomatiya çərçivələrini aşaraq daha çox taktiki manevrlər və psixoloji təzyiq üzərində qurulub."

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Türkiyə mediasında səsləndirilən “gizli plan” yanaşması müəyyən qədər maraqlı olsa da, reallıq ondan ibarətdir ki, Trampın davranış modeli daha çox qeyri-müəyyənlik yaratmaq üzərindən qurulan siyasi texnologiyadır. Bu, qarşı tərəfi çaşdırmaq və danışıqlarda üstünlük əldə etmək məqsədi daşıyır. Lakin bu yanaşmanı dərin və uzunmüddətli strateji konsepsiya kimi təqdim etmək düzgün olmazdı.

"Hesab edirəm ki, bu gün dünya siyasətində baş verən proseslər göstərir ki, fərdi lider faktorunun artması ilə yanaşı, institusional siyasətin rolu da zəifləməyib. Ona görə də Trampın addımlarını yalnız şəxsi üslub kontekstində deyil, həm də ABŞ-ın ümumi geosiyasi maraqları çərçivəsində təhlil etmək daha obyektiv yanaşma hesab olunmalıdır", - deyə B.Quliyev əlavə edib.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxırlar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ