Kremlin sözçüsü Dmitri Peskov Avropa Birliyinin Qırğızıstanı 20-ci sanksiya paketinə daxil etməsinin "Rusiyaya sədaqət"lə əlaqəli olmadığını bildirib. O, əlavə edib ki, Bişkek hökuməti Moskva ilə münasibətlərində öz maraqlarından çıxış edir.
Peskov iki ölkə arasında iqtisadi əməkdaşlığın qarşılıqlı faydalı olduğunu vurğulayıb: "Bu, Rusiyaya sədaqət deyil, hər şeydən əvvəl öz maraqlarına sədaqətdir... Bu vəziyyətdə, bu, əsaslandırılmış riskdir".
Qeyd edək ki, AB Qırğızıstana CNC dəzgahlarının (kompüterlə idarə olunan istehsal dəzgahları) ixracını qadağan edib və bəzi banklarla əməliyyatları məhdudlaşdırıb.
Tahir TAĞIYEV