Cümə günü, 06 noyabr 2026
     

Ukrayna da Trampın komandasından əlini üzdü...

Image


Ukrayna-Rusiya müharibəsinin dördüncü ilini arxada qoyduğumuz bir dövrdə sülh danışıqlarının ətrafında yeni bir gərginlik meydana çıxıb. Bu dəfə cəbhə xəttindəki döyüş yox, diplomatik kürsülərdəki söz mübadiləsi diqqəti cəlb edir. Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ vasitəçiləri Stiv Uitkoff və Cared Kuşnerə yönəltdiyi tənqid, səthi baxışda protokol məsələsi kimi görünsə də, əslində daha dərin siyasi dinamikaların ifadəsidir.

Uitkoff və Kuşnerin Moskvaya gedib, sonra Kiyevə gəlməməsi Zelenski tərəfindən "hörmətsizlik" kimi dəyərləndirilib. Bu ifadə diplomatik dildə olduqca ağır bir ittihamdır. Belə bir addım simvolik cəhətdən nə demək olurdu? Vasitəçilik prosesinin hər iki tərəfə eyni məsafədə tutulması, yəni tərəfsizlik prinsipi pozulmuş sayılır. Moskva əvvəlcə ziyarət edildikcə, Kiyev bir növ ikinci dərəcəli tərəf mövqeyinə düşür. Zelenski bu görüntüyə qarşı çıxmaqla həm öz seçici auditoriyasına, həm də Avropaya mesaj verir: Ukrayna vasitəçilər tərəfindən ötüşdürülən tərəf deyil.

Bununla belə, Zelenskinin eyni açıqlamada "danışıqların yerinə yox, nəticəsinə önəm verdiyini" vurğulaması onun oyununun daha mürəkkəb olduğunu göstərir. O, körpüləri yandırmır. Taktiki narazılığını bildirərkən strateji çərçivəni qoruyur. Bu tarazlıq Ukrayna liderinin hazırki ən böyük siyasi sənətidir: nə tamamilə boyun əymək, nə də açıq müxalifətə keçmək.

Rusiya tərəfinin Donbasdan Ukrayna qoşunlarının çıxarılması tələbinə Zelenskinin verdiyi cavab isə daha kəskin və birmənalıdır. "Bu, strateji məğlubiyyət olardı" - bu cümləni sadəcə hərbi termin kimi deyil, siyasi varlıq məsələsi kimi oxumaq lazımdır. Ukrayna üçün Donbasdan hərbi çəkilmə yalnız ərazinin itirilməsi deyil, eyni zamanda döyüşən ordunun mənəvi süqutunun rəsmiləşdirilməsi, 4 illik müqavimətin mənasızlaşdırılması deməkdir. Zelenski özü də bunu bilir, cəmiyyəti də bilir, Qərb tərəfdaşları da bilir.

Cəbhə xəttinin dondurulması isə Zelenskinin irəli sürdüyü alternativ formuladır. Bu formul bir çox cəhətdən məntiqlidir: müharibəni sürətlə dayandırır, Ukrayna qoşunlarının mövcud mövqelərini qoruyur və gələcəkdə yenidən müzakirə imkanını açıq saxlayır. Lakin Zelenski özü bu formulun da zəif nöqtəsini etiraf edir: cəbhə xəttini kim təmin edəcək? Əgər Qərb qüvvələri fiziki iştirak etməsə, Rusiyanı saziş pozulduqdan sonra yeni hücumdan nə saxlayacaq? Bu sual, əslində, Ukraynanın bütün sülh danışıqlarındakı strateji xəttinin qayəsidir: zəmanətsiz sülh, sülh deyil, yalnız növbəti müharibəyə hazırlıq fasiləsidir.

Tramp administrasiyasının bu prosesdəki rolu isə öz daxilindəki ziddiyyətlərdən azad deyil. Bir tərəfdən Vaşinqton sülhün əldə edilməsinə ciddi maraqlıdır, çünki bu, Trampın seçki kampaniyasında verdiyi ən böyük vəd idi. Digər tərəfdən Uitkoff kimi vasitəçilərin Kremllə nisbətən yumşaq dil işlətməsi Ukrayna tərəfini narahat edir. Fevraldan bu yana danışıq prosesinin İranla münaqişə səbəbilə donması isə vəziyyəti daha da qeyri-müəyyən etdi. Belə bir mühitdə Kiyev-Vaşinqton münasibəti sınaqdan keçir.

Bununla belə, "Ukrayna Tramp komandısından əlini üzür" tezasini məqbul saymaq tezdir. Bu münasibətin dayandığı əsas reallıq dəyişməyib: ABŞ dəstəyi - silah, maliyyə, kəşfiyyat paylaşımı - Ukrayna üçün hərbi müqavimətin əsas şərtidir. Avropanın siyasi həmrəyliyi əhəmiyyətlidir, lakin Vaşinqtonun hərbi potensialını əvəz etmir. Buna görə Ukrayna üçün ABŞ-la açıq qırılma nə strateji baxımdan ağlabatan, nə də icra edilə biləndir.

Zelenskinin məqsədi fərqlidir: o, Tramp adminstraiyasını daxilindən formalaşdırmağa çalışır. Hər bir tənqid, hər bir ictimai çıxış onun üçün bir alətdir - o, Qərb ictimaiyyətinə, Avropa liderlərinə, hətta ABŞ Konqresinə "biz burada unudulmaq istəmirik" mesajını çatdırmaq istəyir. Bu mesajın hədəf auditoriyası Trampın özü deyil, Trampı məhdudlaşdıra biləcək çevrələrdir.

Nəticə etibarilə, Ukrayna-ABŞ münasibəti indiki mərhələdə sınaq keçirir, lakin qırılma nöqtəsinə çatmayıb. Zelenski oyunu həddindən artıq mürəkkəb şəraitdə oynayır: işğal altındakı ərazilərini geri almaq istəyir, amma müzakirə masasından da uzaq qala bilməz, ABŞ-a ehtiyacı var, amma şərtsiz tabeliyə hazır deyil. Bu tarazlığı qorumaq onun üçün hərbi cəbhədə qalıb-qalmamaq qədər həyati əhəmiyyət daşıyır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ