şənbə günü, 26 sentyabr 2026
     

ABŞ-ın İrana qarşı dəniz blokadasının effekti ciddi suallar doğurdu...

Image


ABŞ aprelin 13-dən İran limanları və gəmilərini dəniz blokadasına alıb. Məqsəd Tehranı sülh razılaşmasına məcbur etməkdir. Ekspertlərin fikrincə, bu addım onsuz da zərbə almış İran iqtisadiyyatına təzyiqi artırıb, amma hələlik, Tehranı müharibəni bitirmək üçün güzəştə getməyə vadar etməyib.

Müharibə iki aya yaxındır davam edir. İran bəyan edir ki, ABŞ blokadanı aradan qaldırmayınca danışıqlara getməyəcək. Blokada əsasən Tehranın neft ixracını hədəf alıb. Vaşinqtonun mövqeyinə görə, blokada sülh razılaşması imzalandıqdan sonra dayandırılacaq. ABŞ blokadanı İran Hörmüz boğazını faktiki bağlayandan sonra tətbiq edib. Boğazın beynəlxalq gəmiçilik üçün bağlanması qlobal bazarları sarsıdıb və Tehrana müharibədə əlavə rıçaqlar verib. Yaxın Şərq üzrə enerji eksperti Nader İtayim deyir: "Blokadanın əsas məqsədi İrana gedən-gələn gəmiləri, xüsusilə də İrandan xam neft ixracını dayandırmaqdırsa, o zaman blokada uğurludur. Lakin Vaşinqton düşünürsə ki, blokada İranı tezliklə danışıqlara məcbur edəcək, o zaman məyus ola bilər". İtayim deyir ki, İran martda gündə təxminən 1.8 milyon barel neft ixrac edirdi. Blokadanın təsiri artdıqca, bu rəqəm son günlərdə, demək olar, "damla" səviyyəsinə düşüb. Lakin onun sözlərinə görə, blokadadan əvvəl dənizə çıxarılan 130 milyon barel neft İranın ehtiyaclarını daha iki ay qarşılayacaq gücdədir. ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 19-da Oman körfəzində İran yük gəmisinə atəş açıb və onu ələ keçirib. İki gün sonra isə Hind okeanında neft qaçaqmalçılığında şübhəli bilinən daha bir tanker müsadirə edilib. ABŞ prezidenti Donald Tramp blokadanın "nəhəng uğur" olduğunu bildirib. O, İranla yekun saziş əldə olunduqdan sonra embarqonun qaldırılacağını söyləyib. ABŞ ordusu blokadanın İranın ticarətini tamamilə dayandırdığını iddia edir. Buna qarşılıq, "Vortexa" yük izləmə şirkəti İranla əlaqəli onlarla tankerin blokadadan yan keçə bildiyini açıqlayıb. Şirkətin məlumatına görə, aprelin 13-21-də təxminən 10.7 milyon barel İran nefti Hörmüz boğazından keçərək blokada zonasını tərk edib. ABŞ ordusu bu məlumatları rədd edib. "Lloyd's List" dəniz məlumatları şirkəti də "kölgə donanması"na aid azı 26 gəminin blokadanı yardığını bildirib.

Vaşinqtondakı "Defense Priorities" analitik mərkəzindən Rozmari Kelanik deyir ki, blokadadan əvvəl gündə altı-yeddi gəmi keçirdi, indi bunun azaldığı açıq görünür. Lakin o əlavə edir: "ABŞ üçün əsas problem budur ki, materik ölkəni tamamilə blokadaya almaq mümkün deyil. İran hələ də qurudan, o cümlədən neft ticarəti edə bilir – dəniz yolu ilə müqayisədə daha az həcmdə olsa da". Trampın iddiasına görə, blokada İrana gündə təxminən 500 milyon dollara başa gəlir. Ekspertlər isə bu itkiləri dəqiq hesablamağın çətin olduğunu vurğulayırlar. Müharibəyə qədər İranın illik neft gəlirləri 45 milyard dollar civarında olub. Bu göstərici ölkənin ÜDM-nin 10 faizinə bərabər idi. Bu durumda Kelanik izah edir: "Hətta blokada bütün neft ticarətini kəssə belə, – amma kəsməyəcək, – maksimum zərər ÜDM-nin təxminən 10 faizi ola bilər. Bu, sülh dövrü üçün böyük itkidir, amma müharibə şəraitində o qədər də pis deyil". O, Ukraynanın 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra ÜDM-sinin 20 faizini itirdiyini, bununla belə, döyüşləri dayandırmadığını xatırladır: "Buna görə də Trampın blokadasının İrandakı müqaviməti qıracağına şübhə ilə yanaşıram". ABŞ və İsrailin bombardman kampaniyası İranda ordunu zəiflədib, rəhbərliyin böyük hissəsini sıradan çıxarıb, mühüm infrastrukturu dağıdıb. Buna baxmayaraq, Tehran münaqişədə özünü üstün mövqedə sayır, müharibəni öz şərtləri ilə bitirməyə çalışır. Pakistanda aprelin 11-də ilk sülh danışıqları nəticəsiz bitib. Tramp aprelin 22-də başa çatmalı olan atəşkəsi birtərəfli qaydada uzadıb. Tərəflər hazırda İslamabadda ikinci raund üçün dolayı danışıqlar aparır. Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda çalışan Həmidrza Əzizinin fikrincə, təkcə iqtisadi təzyiq İranı hərbi təzyiq zamanı getmədiyi güzəştlərə vadar etməyəcək: "Əksinə, İran müharibəni yenidən başlada bilər: Tehran üçün "nə müharibə, nə sülh" vəziyyəti ən dağıdıcı ssenaridir". ABŞ İrana əvvəllər də ağır sanksiyalar tətbiq etmişdi, blokada isə ölkənin iqtisadi resurslarını daha da sıxışdırıb. Eyni zamanda, blokada Tehranın müharibə başlayandan bəri Hörmüz boğazında beynəlxalq gəmiçilikdən rüsum toplamasının da qarşısını alıb. Aprelin 22-də İran boğazda üç gəmiyə atəş açıb, onlardan ikisini ələ keçirib. Bu, Tehranın blokadanı qırmaq üçün gücə əl atmağa hazır olduğunu göstərir: "Bu vəziyyət İslam Respublikası üçün dözülməzdir. Ona görə də onların hərbi addımlar atacağını gözləyirəm".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxırlar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ