ABŞ Karib dənizində və Şərqi Sakit okeanında narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara hücumlarını davam etdirir. ABŞ ordusu bu dəfə də Sakit okeanda bir gəmiyə zərbə endirib.
ABŞ Cənub Komandanlığın (SOUTHCOM) açıqlamasında, Cənub Nizə Əməliyyatını həyata keçirən birgə əməliyyat qrupunun SOUTHCOM komandiri general Francis L. Donovanın rəhbərliyi altında Şərqi Sakit Okeanda narkotik daşıdığı şübhəli bilinən daha bir gəmiyə hava hücumu həyata keçirildiyini bildirilib: “Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətə cəlb olunduğunu təsdiqləyib”.
Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Tahir TAĞIYEV