Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Ukrayna xarici işlər naziri Andrey Sibiha ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin ticarətin genişləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Tərəflər regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib və Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin hüquqi əsasını daha da möhkəmləndirəcək Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Sazişi imzalayıblar.
ZÜMRÜD