İranın xarici işlər naziri Abbas Əraqçi regionda gərginliyin azaldılması və ABŞ-la münaqişənin diplomatik yolla həlli məqsədilə yenidən Pakistanın paytaxtı İslamabada qayıdıb.
Omandakı görüşlərini başa vuran Əraqçi vasitəçilik prosesinin ən vacib dayanacaqlarından bir olanPakistana gəlib.
İran mətbuatının məlumata görə, Əraqçi İslamabadda yüksək vəzifəli Pakistan rəsmiləri ilə görüşəcək. Görüşlərin əsas gündəm maddələri aşağıdakılardır:
Davam edən vasitəçilik prosesinin gedişi və diplomatik həll yollarının axtarışı.
Bölgədəki münaqişələrin dayandırılması və atəşkəsin daimi olması üçün lazımi şəraitin yaradılması.
Tahir TAĞIYEV