ABŞ və İran arasında artan gərginliyə baxmayaraq, atəşkəs barədə dolayı danışıqlar hələ də davam edir. “Associated Press” iki Pakistan rəsmisinəistinadən bildirib ki, ölkənin yüksək siyasi və hərbi rəhbərliyi ABŞ-la İran arasında vasitəçilik etməyə davam edir.
İranın xarici işlər naziri Abbas Əraqçinin son iki gündə ikinci dəfə Omana qısamüddətli səfərindən sonra bu axşam Pakistanın paytaxtı İslamabada gələcəyi gözlənilir.
Əraqçi aprelin 25-də İslamabadda olub və regional münaqişənin sona çatdırılması ilə bağlı Tehranın mövqeyini Pakistanın baş naziri Şahbaz Şərifə, ordu baş komandanı feldmarşal Asim Munirə, xarici işlər naziri İşaq Dar və digər yüksək vəzifəli şəxslərə çatdırıb.
Tahir TAĞIYEV