ABŞ Prezidenti Donald Tramp Pakistanın paytaxtı İslamabadda İranla keçirilməsi planlaşdırılan atəşkəs danışıqları ilə bağlı təəccüblü açıqlamalar verib. Danışıqları birtərəfli şəkildə ləğv etdiyini bildirən Tramp, danışıqlar qrupunun tərkibində olan Stiv Uitkoff və Cared Kuşnerin Pakistana getməyəcəyini açıqlayıb.
Prosesi qiymətləndirən və komandasına verdiyi təlimatları açıqlayan Tramp deyib: "Stiv Uitkoff və Cared Kuşner Pakistana getmirlər. Bunu birtərəfli şəkildə ləğv etdim".
Tramp, İran tərəfi ilə görüşmək üçün uzun bir səyahətə ehtiyac olmadığını vurğulayıb: "Komandama dedim ki, “ora getmək üçün 18 saatlıq uçuş keçirməyəcəksiniz. Bütün “kozrlar” bizim əlimizdədir. İstədikləri zaman bizə zəng edə bilərlər, amma artıq heç bir şey haqqında danışıb vaxt itirmək üçün 18 saatlıq uçuşlar etməyəcəksiniz".
Tahir TAĞIYEV