Məlum olduğu kimi ABŞ prezidenti Donald Tramp və komandasının qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atışma baş verib. 31 yaşlı hücumçu Kol Tomas Allen saxlanılıb. İddialara görə, Allen istintaqa Tramp administrasiyası ilə əlaqəli şəxsləri hədəf aldığını bildirib, Tramp özü isə "hədəf mən idim" deyib.
Bu arada, CBS-in məlumatına görə, eyni otel 45 il əvvəl başqa bir sui-qəsdin hədəfi olub. Atışmanın baş verdiyi Vaşinqtondakı Hilton Otelinin 45 il əvvəl baş vermiş başqa bir sui-qəsdə səhnə olduğu məlum olub. 30 mart 1981-ci ildə o vaxtkı ABŞ prezidenti Ronald Reyqan hədəfə alınıb. Reyqana ruhi sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilən 25 yaşlı Con Hinkli hücum etmişdi. Reyqan rəsmi avtomobilindən düşən zaman güllə ilə yaralanmışdı. Güllə ürəyindən cəmi 2,5 santimetr aralıdan keçərək ciddi daxili qanaxmaya səbəb olmuşdu.
Hücum edən Hinkli altı dəfə atəş açaraq o vaxtkı Ağ Ev katibi Ceyms Bredini də başından vurmuşdu. Bredi sağ qalsa da, ömürlük qismən iflic olub və nitq qabiliyyətini itirib. Vaşinqton Otelinin qarşısında baş verən hadisədə Bredidən başqa, bir polis məmuru və Reyqanı qoruyan Məxfi Xidmət agenti də yaralanıb.
Tahir TAĞIYEV