Vaşinqtonda bir oteldə ABŞ Prezidenti Donald Tramp və kabinet üzvlərinin qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi qorxunc hadisəyə səhnə olub. Bir neçə dəfə silah səsləri eşidildikdən sonra salonda panika yaranıb və prezident Tramp və onu müşayiət edən şəxslər Məxfi Xidmət tərəfindən dərhal hadisə yerindən təxliyə edilib. Silahlı şəxs isə saxlanıb.
Qısa müddət sonra Ağ Evdə kameralar qarşısında çıxış edən Prezident Tramp, bir Məxfi Xidmət agentinin yaxın məsafədən vurulduğunu, lakin güllə keçirməyən jileti sayəsində sağ qaldığını bildirib. Tramp hücum edən şəxsin Kaliforniyadan olan xəstə olduğunu bildirərək, "Onların cəmiyyətimizi ələ keçirməsinə icazə verməyəcəyik" deyib.
Tramp atışmanın İran müharibəsi ilə əlaqəli olub-olmadığı sualına isə "Düşünmürəm" cavabını verib: “O, dəli və xəstə bir insandır. Başa düşdüyüm qədəriylə, bu, "yalnız qurd" hücumu idi. Bu insanlar ömürlük həbs cəzasına layiqdirlər. Onlara 10-15 il həbs cəzası versəniz, həbsdən çıxdıqdan sonra yenidən insanları hədəfə alacaqlar...
Bir polis məmuru, bir zabit vuruldu və o, çox yaxşı gülləkeçirməz jilet geyindiyi üçün özünü yaxşı hiss edir. Ona çox yaxın məsafədən çox güclü silahla atəş açıldı. Və gülləkeçirməz jilet öz işini gördü. Mən onunla danışdım, o, yaxşı vəziyyətdədir".
Tahir TAĞIYEV