İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfərindən sonra danışıqlar aparmaq üçün yenidən Pakistana qayıtması gözlənilir.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Ərakçi ilə birgə Pakistanda danışıqlarda iştirak edən İran nümayəndə heyətinin bəzi üzvləri məsləhətləşmələr üçün Tehrana qayıdıb və məsləhətləşmələrin ardından nümayəndə heyətinin Omandan Pakistana qayıdacaq Ərakçi ilə bir araya gələcəyi planlaşdırılır.
Onu da qeyd edək ki, Pakistandan sonra Omana səfər edən Əraqçinin buradan da Moskvaya gedəcəyi gözlənilirdi. Ancaq Əraqçinin Rusiya səfərini ləğv edərək təkrar Pakistan qayıdacağı bildirilir.
Bu arada İranla Pakistanda gözlənilən görüşü ləğv edən ABŞ prezidenti Donald Tramp Tehrandan təklif aldığını iddia edib. ABŞ nümayəndə heyətinin Pakistana səfərinin ləğv edilməsinə toxunan Tramp deyib: "İran bizə bir kağız verdi, daha yaxşı olmalı idi. Maraqlıdır ki, səfəri ləğv etdikdən cəmi 10 dəqiqə sonra daha yaxşı bir kağız aldıq."
ABŞ-İran atəşkəsinin uzadılıb-uzadılmayacağı ilə bağlı suala isə Tramp "hələ bu barədə düşünməmişəm" cavabını verib.
Tahir TAĞIYEV