İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı vermiş ola biləcəyi ehtimalına qarşı ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
“Haaretz” qəzetinin yüksək vəzifəli İsrail təhlükəsizlik rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton administrasiyasından mümkün hücumla bağlı heç bir açıq əlamət olmasa da, Təl-Əvivdə bir neçə gün ərzində hücumun baş vermə ehtimalı ciddi şəkildə nəzərdən keçirilir.
Təl-Əviv administrasiyası ABŞ-ın İrana mümkün hücumuna hazırlıq məqsədilə son günlərdə ordunu yüksək həyəcan vəziyyətinə gətirib və ordunun müxtəlif ssenarilərə hazırlaşdığını qeyd edilir.
Bu kontekstdə İsrail ordusunun mümkün raket hücumlarına qarşı hazırlıqlarını artırdığı, hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi və son günlərdə həyəcan vəziyyətini daha da artırdığı bildirilir. Qeyd edilib ki, bu hazırlıqlar Yəmən və Livandan gələ biləcək təhdidləri də əhatə edir.
ABŞ prezidenti Trampın qərar qəbuletmə prosesinin gözlənilməzliyini qeyd edən rəsmilər, Vaşinqtonun hücum etmək qərarına gəlsə belə, son anda geri çəkilə biləcəyini bildiriblər. Həmçinin qeyd edilir ki, İran ordusunun mümkün ABŞ hücumuna qarşı qisas olaraq ilk İsraili hədəfə alıb-almayacağına dair heç bir məlumatı yoxdur.
Təhlükəsizlik rəsmiləri İranın qisas olaraq birbaşa İsraili hədəfə alma ehtimalının yalnız ABŞ hücumunun uzanması və ya İran rejiminin sabitliyinə ciddi təhlükə hiss etməsi halında baş verəcəyini irəli sürüblər. Rəsmilər bildiriblər ki, Yəməndəki İran tərəfindən dəstəklənən husilərin mümkün ABŞ hücumundan sonra prosesə cəlb olunması ehtimalı da yüksəkdir. Hücum uzanarsa və İran daha çox itki verərsə, husilərin İsrailə və ya bölgədəki dəniz ticarət yollarına qarşı raket hücumlarını yenidən başlatması ehtimalı artacaq.
TAHİR