Zahid Sarıtorpaq:“Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm”
Tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvülüyündən imtina edib. Bu barədə Zahid Sarıtorpaq rəsmi “Facebook” hesabında məlumat verib. Z.Sarıtoraq istefasının səbəbini belə izah edib: “Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram... Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”
Qeyd edək ki, Z.Sarıtorpaq1989-cu ildən Yazıçılar Birliyinin üzvü olub. 1989–1994-cü illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin redaktoru olub. 2018-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Azərbaycan Dövlət Tərcümə Mərkəzinin lüğət və linqvistika şöbəsində dil mütəxəssisi işləyib. Hazırda pensiyadadır.
İradə SARIYEVA