İran, ölkənin iqtisadi böhrandan sonra başlayan rejim əleyhinə etirazlarda ölənlərin sayını açıqlayıb.
İran Şəhidləri və Veteranları Fondunun Məhkəmə Tibbi Ekspertizası İnstitutunun məlumatlarına əsaslanan yazılı açıqlamasında ölkə daxilində baş verən etirazlar zamanı zorakı hadisələrdə təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edilib ki, öldürülənlərdən 2427-si "silahlı terrorçu qruplar" tərəfindən öldürülən təhlükəsizlik qüvvələri və mülki şəxslərdir və bu şəxslər "şəhid" hesab olunurlar.
Ölənlərin əksəriyyətinin "silahlı hücumlar və terror aktlarında öldürülən yoldan keçənlər, bəzilərinin isə nümayişlər zamanı terrorçular tərəfindən hədəf alınan etirazçılar" olduğu bildirilib.
TAHİR