Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.
Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsində yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib: "Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”.
Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir: “Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”.
Xatırladaq ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.
ZÜMRÜD