ABŞ Prezidenti Tramp, Davos Forumunda çıxışı zamanı 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Tramp moderatorun Rusiya və Ukraynanın bir araya gəlib razılığa gələ biləcəkləri bir nöqtəyə çatdıqlarına inandığını deyib: “Razılığa gəlməsələr, axmaqdırlar. Bu, hər ikisinə aiddir və bilirəm ki, onlar axmaq deyillər".
Tramp iki ölkənin razılığa gəlməyə "kifayət qədər yaxın" olduğunu bildirərək, hər həftə cəbhə xəttində dron döyüşlərində minlərlə insanın öldüyünü və bunun dərhal dayandırılmasının vacibliyini bildirib.
Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Zelenski arasında "böyük bir nifrət"in olduğunu deyən bildirib ki, bu, razılaşmalar üçün yaxşı deyil: “Anormal bir nifrətlə üz-üzə olduğumuzu bilirik. Lakin düşünürəm ki, Rusiya razılaşma əldə etmək istəyir. Düşünürəm ki, Ukrayna da razılaşma əldə etmək istəyir və biz razılaşma əldə etməyə çalışacağıq".
TAHİR