Cümə günü, 09 oktyabr 2026
     

“Azərxalça”nın Qazax filialında dünyanın məşhur muzeylərini bəzəyən Qazax-Borçalı örnəklərinin çeşniləri əsasında yeni xalçalar toxunur… - FOTO

Image


Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də Qazax-Borçalı bölgəsidir.  Ona görə də bu bölgənin xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib. Qazax-Borçalı bölgəsində ağır çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan “Namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilib.

Hər naxışı duyğular palitrası olan, keçmişimizdən xəbər verən Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin, xalq təfəkkürünün məhsuludur. Bu xalçaların yaşadılması, gələcək nəsillərə ərməğan edilməsi vacib məsələlərdən biridir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu bölgədə üç filial yaradıb. Onlardan biri də Qazax rayonundadır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Bakı Xəbər”ə bildirildiyinə görə, bu filial 2017-ci ilin sonlarında fəaliyyətə başlayıb. Hazırda burada 87 toxucu çalışır. İnzibati-texniki heyətlə birlikdə filial işçilərinin sayı 100 nəfərdir. Ötən dövrdə xalça istehsalı emalatxanasında 107 xalça toxunub.

Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla, işçilərin işə rahat gediş-gəlişi üçün avtobusla təmin edilib.

Filialın direktoru Nazim İbrahimov deyir ki, Qazax xalçaçılığa üstün istiqamət verilən bölgələrimizdən biridir. Burada xalçaları “gəbə” deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə çevrilir. Qazaxın Abbasbəyli, Ağköynək, Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar, Kosalar, Qazaxbəyli kəndlərində “Ulduzlu Qazax”, “Qarayazı”, “Qaraqoyunlu”, “Ləmbəli”, “Faxralı”, “Çəlikli”, “Karvansara”, “Qaraçöp”, “Çərxi-fələk”, “Namazlıq” kimi xovlu, kilim, palaz, vərni, şəddə, zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin sakinləridir. Burada ərsəyə gətirilən xalçalar isə Qazaxın qədim çeşniləri əsasında toxunur. Filialda indiyədək toxuduğumuz ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın gənc işçiləri toxuyublar. Filialda işləyən toxucuların əksəriyyəti gənclərdir. Onlar bu sənətin sirlərinə dərindən yiyənlənməyə çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün əllərindən gələni əsirgəmirlər.

Burada istehsal olunan ən böyük xalçanın gənc toxucuları Sahibə Xəlilova, Türkan Qasımava, Əfsanə Səməndəri və Gülminə Məmmədova dövlətin onlar üçün yaratdığı şəraitdən minnətdarlıqla danışırlar. Əfsanə Səməndəri deyir ki, onlar xalça toxumağı nənələrindən, analarından öyrəniblər. Ancaq xalçaçılığın sirlərinə “Azərxalça”nın təşkil etdiyi kurslarda yiyələniblər: “Qazaxda bu fabrikin açılmasının çox böyük əhəmiyyəti var. Həm peşəkar toxucular, həm gənclər işlə təmin olunub, eyni zamanda qədim xalçaçılıq ənənələrimiz yaşadılır. Buna görə dövlətimizə minnətdarıq”.

Toxucu Rahilə Əsgərova 40 ildən çoxdur, bu sənətlə məşğul olur. Ötən əsrin 70-80-ci illərində Qazaxda fəaliyyət göstərən xalça fabrikində işləyib. Həmin dövrdə öyrətdiyi toxucular indi “Azərxalça”nın Qazax filialında onunla çiyin-çiyinə çalışırlar. Bu gün də gənclərə toxuculuğun sirlərini eyni həvəslə öyrədir.

“İkinci dəfə dünyaya gəlsəm, yenə xalçaçı olardım”- deyən təcrübəli toxucu bildirir ki, xalçalar insan ömrü yaşayır. Hər bir insan kimi, xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır: “Azərbaycan xalçasına və xalçaçılarına sahib çıxdığına görə hörmətli Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan güc alaraq daha yaxşı işləməyə, daha gözəl xalçalar toxumağa çalışır, bu qədim el sənətimizin, milli dəyərimizin yaşadılması üçün əlimizdən gələni əsirgəmir, xalçanı əzizləyir, ona biz də sahib çıxırıq. Xalça toxunarkən onu toxuyanın hissi xalça üzərində öz əksini tapır. Yaxşı zamanda yaşayırıq. Şükür, heç bir problemimiz yoxdur. Ona görə də toxuduğumuz xalçalardan ancaq xoşbəxtlik enerjisi almaq olar. Yəni bizim toxuduğumuz xalçalar hər bir evə sevinc gətirər, insanlara müsbət enerji verər”.

Toxucu Xalidə Yolçuyeva isə deyir ki, Qazax xalçaları Bakı, Şirvan, Quba, Təbriz xalçalarından fərqlənir. Bu bölgədə toxunan xalçalarda müqəddəs rəmzlər öz əksini tapıb. Ona görə də Qazax xalçaları müqəddəslərin türbələrinə nəzir verilib, onların üzərində namaz qılınıb. Xalçalar üzərindəki ulduz, çərxi-fələk, göz, həyat ağacı, qoç buynuzu, quş, ox kimi naxışlar bütünlükdə insanı qoruyan, onun  həyatını mühafizə edən simvollardır. Qazaxın xalçaçılıq ənənələrini yaşatmaq üçün yaradılan şərait, bu fabrikin açılması bütün xalçaçıları sevindirib. Biz indi müasir, işıqlı emalatxana binasında xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizin daha qüdrətli olması üçün hər gün dua edirik.

Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. Hazırda 14-cü əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, 18-ci əsrə aid nümunələr Nyu-Yorkdakı “Metropoliten” Muzeyində, Sankt-Peterburqun “Ermitaj”ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət Muzeyində saxlanır. Qazax filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar. Heç şübhə yoxdur ki,  bu gün “Azərxalça”nın Qazax filialında toxunan xalçalar da gələcəkdə qiymətli sənət əsərləri kimi, məşhur muzeylərin bəzəyinə çevriləcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ