Türkiyənin Qaziantep Universitetində çalışan azərbaycanlı professor İlqar İmamverdiyevin hazırladığı “Dədə Şəmşir ifaçılığında ənənəvi saz havaları” kitabı işıq üzü görüb. Universitetin professoru Babək Qurbanovun ön sözü ilə təqdim olunan kitab “Dədə Şəmşir Mədəniyyət Oçağı” İçtimai Birliyini dəstəyi ilə ərsəyə gəlib.
Kitabın müəllifi professor İlqar İmamverdiyev bildirib ki, Azərbaycanın aşıq Veysəli kimi tanınan Dədə Şəmşirin 125 illiyi ərəfəsində hazırlanan kitab böyük sənətkarımızın yubileyinə bir ərmağandır. “Kitabın ön sözünün müəllifi, professor Babək Qurbanovun atası, xalq şairimiz Osman Sarıvəllinin dəstəyi ilə 1957-ci ildə Dədə Şəmşirin ifasında 75 saz havası lentə alınıb. Mən də bu kitabda əvəzsiz ifaçının ifasında səslənmiş 62 saz havasını nota köçürdüm. Eyni zamanda kitabda mənim də iki bəstəm təqdim olunur”- deyə professor fikrini tamamlayıb.