Cümə günü, 09 oktyabr 2026
     

Kitab sərgiləri Azərbaycanı təqdim etməyin müstəsna üsuluna çevrilir…

Image


Arzu Tağıyev: “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının Azərbaycan nəşriyyatlarının, mətbəələrinin, poliqrafçılarının işinin tanıdılması...”
Qiymət Məhərrəmli: “Bu tədbir çərçivəsində Azərbaycan nəşriyyatları və xarici nəşriyyatlar arasında əməkdaşlıq əlaqələri yaranar”
İbrahim İlyaslı: “Azərbaycanda nəşr olunmuş kitablardan xarici naşirlərin diqqətini cəlb edənlər...”

 

Azərbaycanda nəşriyyat sisteminin yenidən qurulması, müasir tələblərə cavab verən nəşriyyat və mətbəələrin yaradılması bu sahədə qarşıya qoyulan əsas istiqamətlərdən biri olub. İllər əvvələ qədər bu sahədə ciddi problemlərin mövcudluğu hər bir naşiri narahat edirdi. O vaxt Azərbaycan nəşriyyatlarının çap etdiyi kitabların keyfiyyətinin aşağı olması diqqəti cəlb edirdisə, bu gün fərqli bir mənzərə yaranıb. Bu sahədə həqiqətən də uğurlu işlər görülür.

Azərbaycan nəşriyyatlarının çap etdiyi kitablar artıq dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq kitab sərgilərində Azərbaycan kitabını təmsil edir. Sözsüz ki, Azərbaycan nəşriyyatları tərəfindən çap edilən kitabların xarici ölkələrdə satılması, müxtəlif kitabxanalarda, şəxsi evlərdə olması, ödüllər alması kitabımızın uğurudur.

Azərbyacanın nəşriyyat sənayesinin inkişafını şərh edən mütəxəssislər bildirir ki, beynəlxalq kitab satış-sərgilərinin keçirilməsi nəşriyyatların, naşirlərin işinə ciddi təkan verir. 

Son illər ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Dünyanın bir sıra ölkələrinin nəşriyyatlarının qatıldığı kitab sərgi-yarmarkası bir sıra əhəmiyyətli göstəricilərinə görə diqqəti çəkir. Sentyabrın 28-də açılışı olan və Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 40 ölkəni təmsil edən kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin təmsilçiləri iştirak edir.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev builki sərgi-yarmarkaya da böyük marağın olduğunu bildirərək vurğulayıb ki, son vaxtlar Azərbaycanda beynəlxalq tədbirlər mütəmadi olaraq keçirilir. Nazir onu da deyib ki, sərgi-yarmarkada poliqrafiya müəssisələri öz məhsulları ilə təmsil olunur: “Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin icrasını vaxtında təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir”.

Onu da vurğulayaq ki, son illər latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında imzaladığı müvafiq sərəncamlara uyğun olaraq reallaşdırılır.

Ekspertlər bizimlə söhbətində bildirdilər ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi Azərbaycan naşirlərinə, poliqrafçılarına böyük təkan verir.

Nəşriyyatlardan birində çalışan Arzu Tağıyev bizimlə söhbətində bildirdi ki, 5-ci dəfədir keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilbəil daha da təkmilləşir. Onun bildirdiyinə görə, son illərdə ölkəmizdə poliqrafiya sənətinin inkişafı diqqətdi cəlb edir: “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının Azərbaycan nəşriyyatlarının, mətbəələrinin, poliqrafçılarının işinin tanıdılması, Azərbaycan kitabının təbliğ edilməsi baxımından əhəmiyyəti böyükdür. Vaxt var idi ki, bizim nəşriyyat sistemi bərbad gündə idi, çap olunan kitabların keyfiyyəti o qədər aşağı idi ki, onları nəinki beynəlxalq kitab sərgilərinə, hətta nazirlik tərəfindən kitabxanalarda təşkil edilən sərgilərə belə çıxarmağa adam utanırdı. Amma bu gün dövlətin nəşriyyatlara göstərdiyi dəstək sayəsində Azərbaycanda nəşriyyat-poliqrafiya sistemi yenidən qurulub və müasir poliqrafiya tələblərinə cavab verən kitablar nəşr edilir. Nəfis şəkildə çap olunan kitablar ən qabaqcıl mətbəə avadanlıqları ilə ərsəyə gətirilir. Bu gün Azərbaycan nəşriyyatları müasir çap avadanlıqları ilə təmin olunub. Özəl  nəşriyyatlar bir-birilə rəqabətlilik formasında çalışırlar. Bu gün yaxşı haldır ki, Azərbaycan nəşriyyatlarının çap etdiyi kitablar beynəlxalq sərgilərə qatılır, Azərbaycanı təmsil edir, kitablarımız ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, eləcə də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır”.

Qeyd edək ki, sentyabrın 30-da başa çatacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmizi “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər nəşriyyat-poliqrafiya müəssisələri təmsil edir.

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bizimlə söhbətində qeyd etdi ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi yalnız Azərbaycanın kitab sənayesinin dünyada tanıdılmasına xidmət etmir, bu həm də nəşriyyatlar, poliqrafçılar arasında yeni əməkdaşlığın yaranmasına böyük şərait yaradır: “Azərbaycan nəşriyyatları həqiqi mənada son illər xeyli inkişaf edib. Bu da dövlətin bu sahəyə göstərdiyi qayğı nəticəsində baş verib. Bundan əlavə, əvvəl bu sahəyə sırf gəlir yeri, biznes məqsədilə baxırdılarsa, bu gün ona münasibət fərqlidir. İndi nəşriyyat və mətbəələrdə əsasən peşəkarlar çalışır. Peşəkar da ortaya səviyyəli çap məhsulu qoyur. Təbii ki, gəlir də götürür. Amma bu gəliri keyfiyyətli iş müqabilində əldə edir. Nazirliyin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyəti həm də ondadır ki, bu tədbir çərçivəsində Azərbaycan nəşriyyatları və xarici nəşriyyatlar arasında əməkdaşlıq əlaqələri yaranar. Nəşriyyatlarımızın xarici nəşriyyatlarla əməkdaşlığı nəticəsində isə olduqca maraqlı layihələr həyata keçirilə, yeni nəşrlər meydana çıxa bilər. Nəşriyyatlar müştərək kitablar da çap edə bilər. Bu olduqca vacib bir işdir. Bu gün Azərbaycan nəşriyyatları da ayağa durub özlərini göstərə bilirlər. Yerli bazarda Azərbaycan nəşriyyatlarının məhsulları öz keyfiyyətinə görə seçilir”. 

Ə.Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri, şair İbrahim İlyaslının sözlərinə görə də bu tədbirin keçirilməsi əhəmiyyətlidir: “Mənim bildiyim qədər, yarmarkada xarici nəşriyyatlar da iştirak edirlər. Onların iştirakı Azərbaycanda nəşr olunan kitablara maraq yarada bilər, azərbaycanlı naşirlərlə anlaşmalar yapa bilərlər. Beləliklə, Azərbaycanda nəşr olunmuş kitablardan xarici naşirlərin diqqətini cəlb edənlər, xaricdəki kitab bazarlarının tələblərini ödəyənlər o ölkələrdə nəşr edilə bilər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ