Azərbaycan kinosunun dünyada təbliği sahəsində beynəlxalq film festivalları əhəmiyyətli dərəcədə rol oyanayır. Son illər filmlərimizin xarici ölkələrdə keçirilən beynəlxaql festivallarda Azərbaycanı təmsil etməsi olduqca müsbət haldır. “Azərbaycanfilm”in istehsalı olan “Çölçü” filmi də bir-birinin ardınca bir neçə uğura imza atıb.
Film Kəlküttə Beynəlxalq Cult Filmləri Festivalının “Golden Fox Awards” (Qızıl tülkü ) mükafatına layiq görülüb.
Kəlküttə Beynəlxalq Cult Filmləri Festivalının nominantı elan olunduğu üçün rejissor Şamil Əliyev 2017-ci il dekabrın 5-6-da adıçəkilən mükafatın Hindistanın Kəlküttə şəhərində keçiriləcək təqdimetmə mərasiminin QALA gecəsinə rəsmi dəvət alıb. Bu barədə Ş.Əliyev özü “Bakı-Xəbər”ə məlumat verib.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülüb. Bu ekran əsərinə 2013-cü ilin “Humay” milli mükafatı da verilib. Film, həmçinin, 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.
İRADƏ